Yuxarı Xələfbəyli () — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanının Gərmədüz bəxşində qışlaq.

Tarixi İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur.

Coğrafiyası Araz çayının sahilində, Xumarlı şəhərindən 40 km aralıda yerləşir.

Əhalisi Kənddə 2006-cı il siyahıya alınmaya görə 392 nəfər yaşayır (82 ailə).

Həmçinin bax Xələfbəyli

İstinadlar

Kateqoriya:Xudafərin şəhristanının kəndləri