thumb|467x467px|III Səlimin cülus mərasimi Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir.
Cülus sistemi
Ərəblərdə cülus anlayışı Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir.Bəqərə surəsi 30Sad surəsi, 26 Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz. Əbubəkrin vasitəsiylə xəlifə olmuş, onun xəlifəliyi bütün müsəlmanlar tərəfindən qəbul edilmişdir. İslamiyyətin ilk illərində xəlifə biatla, yəni bir növ seçim yoluyla seçilsə də, Əməvilərdən etibarən (Hz. Muaviyə oğlu Yezidi vəliəhd etmişdir) xilafət səltənətə və sülaləyə məxsus olmuş, əsrlər boyunca belə davam etmişdir. Əməvilərdən Muaviyə ibn Əbusüfyan, Mərvan ibn Həkəm, Yezid ibn Vəlid və Mərvan ibn Məhəmməd istisna olmaqla digər bütün xəlifələr vəliəhd təyin edilərək xilafətə yüksəlmişdir.
Abbasilər isə dönəmin şərtlərinə uyğun olaraq, Sasanilər imperiyasının dövlətçilik üsul və qaydalarını İslami qanunlarla birləşdirərək yeni bir xilafət təşkilatı qurmuşdur. Belə ki, Abbasilər dönəmində vəliəhdlik sisteminə önəm verilməmiş, sülalənin üzvləri tez-tez xəlifəlik uğrunda qanlı mübarizələrə girmişdir.
Orta Asiyada cülus anlayışı Orta Asiyadakı türk dövlətlərində hakimiyyətin birbaşa Göydən, yəni Tanrıdan gəldiyinə inanılsa da, səltənətin bir başqasına ötürülməsində söz sahibi qurultay idi. Qaraxanilərdə ən böyük qardaş hökmdar namizədi hesab edilsə də, adətən ailə üzvlərindən ən nüfuzlu olanı qurultay tərəfindən xan seçilirdi. Monqollarda da bütün şahzadələr eyni taxt haqqına sahib olduqları üçün, şəxsi keyfiyyətlər və qazanılan hərbi uğurlar taxta gedən yolda önəm kəsb edirdi. Belə ki, Çingiz xan hələ həyatda ikən digər oğullarınn da razılığını alaraq ortancıl oğlu Ögedeyi vəliəhd təyin etmişdir. Abaqa xan, istəmədiyi halda qurultay tərəfindən atası Hülakü xanın yerinə taxta çıxarılmışdı. İran monqolları olan Elxanilər böyük monqol xaqanına tabe olduqları üçün, yeni hökmdarın cülusu mütləq şəkildə xaqan tərəfindən göndərilən yazılı əmr, xələt və tacla təsdiq edilməli idi. Ancaq bu ənənə Qazan xanın cülusuna qədər davam etmiş, İslamı qəbul edərək müsəlman olan bu hökmdar monqol xaqanının tabeliyindən çıxmışdır. Yeni hökmdarın cülusu münəccimbaşı tərəfindən təyin edilən saatda baş tuturdu. Abaqa xanın cülus vaxtını məşhur Azərbaycanlı alim və astronomu Nəsirəddin Tusi təyin etmişdir.
İslam öncəsi türk dövlətlərində ailə üzvlərinin taxtda bərabər haqq sahibi olması halı bəzi hallarda taxt mübarizələrinə və dövlətin zəifləməsinə səbəb olmuşdur. Eyni üsul müsəlman türk dövlətlərinə də keçmiş, ölkə torpaqları taxtdakı ailənin ortaq malı hesab edilmişdir. Türklərin İslamdan sonra qurduqları dövlətlərdən biri olan Böyük Səlcuq imperiyasında da taxta keçişlə bağlı qəti bir qayda olmamışdır. Bunun nəticəsində sultanların sağlığında və ya ölümlərindən dərhal sonra taxt mübarizələri başlamışdır. Ailənin taxtda haqq iddia edən hər bir üzvü canı bahasına da olsa, bu mübarizədə iştirak edə bilərdi. Hökmdar tərəfindən bir vəliəhd təyin edilsə də, onun ölümündən sonra bu təyinat hüquqi baxımdan keçərli sayılmırdı. Belə ki, hökmdarın ölümündən sonra bütün qanun və hüquqi sənədlər yeni hökmdarın təsdiqinə qədər keçərsiz sayılmaqda idi. Buna nümunə olaraq, Böyük Səlcuq imperiyasının ilk hökmdarı Sultan Toğrul, qardaşı Çağrı bəyin oğlu Süleymanı vəliəhd elan etsə də, Süleyman qardaşı Alparslan tərəfindən taxtdan uzaqlaşdırıldı. Eyni şəkildə Börkiyaruq da Sultan Məlikşah tərəfindən taxta namizəd göstərilmiş, ancaq Türkan Xatunun müdaxiləsiylə öz oğlu Nəsrəddin Mahmud sultan elan edilmişdir. Yenə Börkiyaruqun oğlu Məlikşahı Sultan Məhəmməd Təpər, onun vəliəhd olan oğlu Mahmudu isə əmisi Sultan Səncər taxtdan endirmişdir.
Böyük Səlcuq imperiyasının davamı olan Anadolu səlcuqlularında da vəziyyət fərqli deyildi. Qılınc Arslanın ölümündən sonra oğulları Məlikşah və Məsud, Sultan Məsudun ölümündən sonra isə onun oğulları Şahənşahla Qılınc Arslan arasında qanlı taxt mübarizələri davam etmişdir.
Böyük Səlcuqlularda taxt üçün üsyan etməyən bir ailə üzvünün, ehtimal üzərinə edam edilməsi görülməmiş bir hadisədir. Buna baxmayaraq Anadolu səlcuqlularında cülus məsələsi səbəbilə qardaş qətilləri baş vermişdir. Məsələn, II Qılınc Arslan 1155-ci ildə taxta çıxdıqdan sonra özünə rəqib olaraq gördüyü ortancıl qardaşını boğdurmuş, II Qiyasəddin Keyxosrov isə oğlunun doğumundan sonra Uluborlu qalasında həbs etdiyi 2 qardaşını edam etdirmişdir.
Xarəzmşahlarda isə adətən vəliəhdin öncədən təyini yolu seçilmişdir. Belə ki, Əlaəddin Məhəmməd öncə ən kiçik oğlu Qütbəddini, ardından isə daha qabiliyyətli gördüyü böyük oğlu Cəlaləddini vəliəhd elan etmişdir.
Anadolu Səlcuqlu dövlətinin çöküşündən sonra qurulan Anadolu bəyliklərində də dövlət hökmdar ailəsinin ortaq malı olaraq qəbul edildi. Ailənin “Ulu bəy” adlanan rəhbərindən başqa digər bütün üzvləri mərkəzdən uzaqda vali olaraq xidmət edirdilər.Enverî, Düstûrnâme, s. 26, 31, 33. Belə ki, Aydınoğlu Mehmed bəyin ölümündən sonra qəhrəmanlığıyla məşhurlaşan oğlu Umur bəy dövlət xadimləri tərəfindən hökmdar seçilmiş və bu seçimi qardaşları tərəfindən də təsdiq edilmişdir. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində də cülus məsələsi Anadolu bəyliklərindən fərqli deyildi. Yeni hökmdar ailə və sülalə rəsiləri tərəfindən seçilir, digər şahzadələr isə əyalətlərə vali olaraq göndərilirdi.
Məmlüklərdə isə hökmdar seçimi bir qədər fərqli idi. Səltənət tək bir ailənin əlində olmadığı üçün, sultanın ölmədən öncə vəliəhd elan etdiyi şahzadə qədər əmirlərin də taxta çıxma ehtimalları vardı. Hökmdar seçimlərində zəka və qabiliyyət qədər yaş da önəmli faktor hesab edilirdi. Məmlüklərdə şahzadələr qətlə yetirilməmiş, bunlar adətən Suriya və ya İsgəndəriyyədəki qalaların birində həbs edilmişdir.
Osmanlılarda cülus anlayışı left|thumb|I Muradın cülus mərasimi, Bursa (1360) Osmanlılarda isə cülus sözü daha çox şahzadələrin taxta çıxışıyla bağlı istifadə edilımiş, bununla bağlı cülus bəxşişi, cülus tərəqqisi, cülusiyyə və başqa terminlər də meydana çıxmışdır. Osmanlılarda da öncədən təyin edilmiş ortaq bir cülus sistemi olmamışdır. Bu vəziyyət ailə üzvləri və xüsusilə də şahzadələr arasında qanlı mübarizələrə səbəb olmuşdur. Quruluş dönəmində (1299-1453) taxta çıxma, öncəki Türk-İslam dövlətlərində olduğu kimi dövlət xadimlərinin bir şahzadə üzərində qərar qılmaları ilə baş tutmuşdur. Bu şahzadənin bəzən vəsiyyət təyin edildiyinə də rast gəlinmişdir.
Dövlətə adını verən Osman Qaziyə, atası Ərtoğrul bəyin ölümündən sonra Bizansa qarşı mübarizədəki qətiyyəti səbəbilə Anadolu səlcuqlu sultanı III Əlaəddin Keyqubad tərəfindən muxtariyyət verilmiş, ardından dövlətin quruluşunda mühüm rol oynayan ahilərin (ağsaqqallar) dəstəyilə bəyliyə seçilmişdir. Osman bəyin cülusu səbəbilə qədim türk ənənəsinə uyğun kiçik bir mərasim keçirilmişdir. Ərtoğrul bəyin qardaşı Dündar bəy isə ilk illərdə onun bəyliyini təsdiq etsə də, sonrakı illərdə ona qarşı çıxmış və ehtimal ki, Osman bəy tərəfindən öldürülmüşdür. Osmanlılarda taxt uğrunda ilk şahzadə qətli də, əsasən bu hadisə olaraq qəbul edilir. thumb|İldırım Bəyazidin cülus mərasimi (1389) Orxan bəy isə atasının sağlığında ikən ona vəkil olmuş, atasının məşhur vəsiyyətinə əsasən bəyliyə namizəd göstərilərək ağsaqqallar şurası önündə taxta çıxmışdır. Dəqiq bilinən ilk qardaş qətli hadisəsi isə I Murad səltənətində baş tutmuşdur. Belə ki, Sultan Murad öncə taxt uğrunda onunla mübarizə aparan qardaşları Şahzadə İbrahim və Şahzadə XəliliAhmedî, Dâstân ve Tevârîh-i Mülûk-i Âl-i Osmân (haz. Çiftçioğlu N. Atsız, Osmanlı Tarihleri I içinde), İstanbul 1925-49, s. 15., ardından Bizans imperatorunun oğlu Andronikosla birləşərək üsyan çıxaran oğlu Savcı bəyi dövlətin gələcəyini təhlükəyə atmaması məqsədilə edam etdirmişdir.
İldırım Bəyazid Kosova döyüşü əsnasında atasının şəhid edilməsinin ardından ordudakı bəylər tərəfindən padşah elan edilmiş, daha sonra ordunun sol qanadına rəhbərlik edən qardaşı Yaqub bəy, yenə dövlət xadimlərinin də rəyi alınaraq edam edilmişdir. Beləcə, davam edən döyüşün sonuna təsir edə biləcək hansısa bir üsyanın qarşısı alınmışdır.Karamânî Mehmed Paşa, Tevârîhu’s-selâtîni’l-Osmâniyye (trc. İ. Hakkı Konyalı, Osmanlı Tarihleri I içinde), İstanbul 1925-49, s. 347. Bu hadisə isə hələ mübarizəyə başlamayan bir şahzadənin ehtimal üzərinə öldürülməsi baxımından Osmanlı tarixində bir ilk olaraq qəbul edilir.D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979, I, 43.
İldırım Bəyazidin Ankara döyüşündən sonra əsir alınması və ölümündən sonra oğulları arasında başlayan uzun mübarizənin nəticəsində Çələbi Mehmed qardaşlarını məğlub edərək Ədirnədə taxta çıxmışdır. Onun ölmədən öncə böyük oğlu Şahzadə Muradı Amasyadan çağırması ilə II Murad vəsiyyətə uyğun olaraq, ancaq dövlət xadimlərinin və yeniçərilərin də təsdiqi ilə taxta cülus etmişdir.Âşıkpaşazâde, Târih, s. 94-96, 107, 132, 140, 220-221. Ardından öncə özünü İldırım Bəyazidin oğlu elan edən və tarixə Düzməcə Mustafa olaraq düşən əmisini, daha sonra isə ona qarşı üsyan çıxaran qardaşı Mustafa Çələbini edam etdirmişdir.Neşrî, Cihannümâ (Unat), I, 34, 36, 106-107; II, 557. left|thumb|II Mehmedin ikinci cülus mərasimi, Ədirnə (1451) Fateh Sultan Mehmedin cülusu isə daha fərqli olmuşdur. Belə ki, atası Sultan Muradın öz istəyilə taxtdan çəkilməsinin ardından 1444-cü ildə 12 yaşında ikən taxta çıxmışdır. Onun bu ilk səltənəti cəmi 2 il davam etmiş, yerinə atası Sultan Murad yenidən cülus etmişdir. Taxtın yeganə namizədi olan II Mehmedin ikinci və qəti cülusu isə atasının 1451-ci ildə ölümü ilə baş tutdu. İstanbulun fəthindən sonra Fateh Sultan Mehmed hakimiyyətin bölünməzliyi qaydasını qanuniləşdirmişdir. Ancaq dövlətin təşkilat sistemini nizamlasa da, bu qanunnamədə cülus məsələsi açıq şəkildə izah edilməmişdir. Bu məsələdəki yeganə rəy isə “Her kimesneye evlâdımdan saltanat müyesser ola, karındaşların nizâm-ı âlem için katletmek münasiptir. Ekser-i ulemâ dahi tecviz etmiştir. Anınla âmil olalar (Övladlarımdan hər kimə səltənət nəib olsa, qardaşlarını aləmin nizamı pozulmasın deyə öldürməsi münasibdir. Əksər alimlər də təsdiq etmişdir. Bu yolla davam edələr)” olaraq qeyd edilib.Abdülkadir Özcan, “Fâtih’in Teşkilât Kanunnâmesi ve Nizam-ı Âlem İçin Kardeş Katli Meselesi”, TD, sy. 33 (1982), s. 7-56. Fateh Sultan Mehmed bu maddə ilə bütün övladlarının taxt üzərində bərabər hüququ olduğunu bir daha təsdiqləmişdir. Hətta ölümündən sonra oğulları Şahzadə Bəyazid və Şahzadə Cemin girişdiyi taxt mübarizəsi onun bu sözlərini təsdiqləmişdir. Bununla yanaşı Sultan Bəyazidin böyük oğlu Şahzadə Əhmədi özünə xələf seçməsi, hələ o sağ ikən taxt mübarizəsinin başlamasına səbəb olmuşdur. Nəticədə atasının Səfəvilərə qarşı apardığı siyasəti də bəyənməyən kiçik oğlu Şahzadə Səlim ona qarşı üsyan çıxardı və yeniçərilərin də dəstəyilə atasını taxtdan devirərək taxta cülus etmişdir. Ancaq Yavuz Sultan Səlimin qardaşlarıyla yanaşı, onların oğullarını da qətlə yetirməsi babasının bu barədə verdiyi qanunun aspektini daha da genişləndirmişdir.
Qanuni Sultan Süleyman rəqibsiz olaraq taxta çıxdığı üçün cülusu əsnasında hansısa hadisə çıxmamışdır. Eləcə də, oğlu II Səlim də hələ atasının səltənətində qardaşlarının qətlə yetirilməsi nəticəsində taxt mübarizəsi aparmadan cülus etmişdir.