İlanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun Şıxzahırlı kənd inzibati ərazi dairəsində kənd. 4 dekabr 2001-ci il tarixli 228-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qobustan rayonunun İlanlı kəndi Dərəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Şıxzahırlı kəndi mərkəz olmaqla, Şıxzahırlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Tədqiqatçıların ehtimalına görə, oykonim türkdilli ilanlı tayfasının adı ilə bağlıdır. Türkmənlərin ersarı tayfasının bir qolu da ilanlar adlanır. Belə güman etmək olar ki, həmin tayfanın totemi ilan olduğu üçün bu adı daşımışdır. Eyniadlı yaşayış məntəqələri Cənubi Sibirdə, Səmərqənd vilayətində və Ermənistanda da qeydə alınmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 47 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qobustan rayonunun kəndləri