İqor Kovalenko (, 29 dekabr 1988, Dnepropetrovsk vilayəti, Ukrayna) — Latviya şahmatçısı, qrosmeyster (2011).

Ukraynalı qrosmeyster hazırda Latviyanı təmsil edir. Beynəlxalq usta (2008) və qrosmeyster (2011). O, 2013-cü və 2014-cü illərdə Latviya Çempionatının qalibi və 2013-cü ildə 27 Qrosmeysterin iştirak etdiyi Riqa Texniki Universiteti Open turnirinin birincisi olmuşdur. İqor Kovalenko 2014-cü ildə 41-ci Tromso Olimpiadasında Latviya komandası heyətində ikinci lövhədə oynayaraq (+5 −2 =4) nəticəsini göstərmişdir.

İstinadlar

Xarici keçidlər

Igor Kovalenko. Chess-DB.com Igor Kovalenko. 365chess.com Igor Kovalenko. fide.com Igor Kovalenko. chessgames.com

Kateqoriya:Ukraynada doğulanlar Kateqoriya:Latviya şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları