Qədirli — Azərbaycan Respublikasının Qobustan rayonunda yaşayış yeri. Qobustan rayonu İcra Hakimiyyətinin saytında rayonun Yekəxana kənd inzibati ərazi dairəsinin tərkibində kənd kimi qeyd olunur. Amma İnzibati ərazi bölgüsü təsnifatında Qobustan rayonunun tərkibində Qədirli adında kəndin adı keçmir.

Tarixi Kənd 1999-cu ildə yaradılmışdır. 15 aprel 2008-ci il tarixində Milli Məclis yanında toponimiya komissiyasının iclasında Qobustan rayonu ərazisində salınmış yeni yaşayış məntəqəsinin Əhmədli kəndi deyil, coğrafi relyefinə uyğun olaraq yerləşdiyi düzün adı ilə – Qədirli kəndi adlandırılması da müsbət qarşılanmışdır, və bu məsələ də təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

Əhalisi

Həmçinin bax Qobustan rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qobustan Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qobustan rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:1999-cu ildə Azərbaycanda yarananlar