Osman Əhmədoğlu (digər adları: "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman"; ) — Gürcüstanın şair-publisisti, ictimai xadimi, Gürcüstan Aşıqlar Birliyinin sədri.Güllü Tomarova, "Aşıq Nargilə" — qafqazmedia.az, 03.06.2015,

Həyatı Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində orta məktəbi bitirib.

Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1968-1973). 10 il doğma Keşəli kənd orta məktəbində müəllim işləmiş, Borçalı rayon mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Gürcüstan Aşıqlar Birliyinin sədridir.

18 mart 2020-ci ildə vəfat etmişdir.

Yaradıcılığı Bədii yaradıcılığa erkən başlamışdır. İlk şeri məktəbli ikən rayon qəzetində çıxmışdır. "Gürcüstan", "Azərbaycan gəncləri", "Şərq qapısı" və s. qəzetlərdə, "Çeşmə", "Dan ulduzu" almanaxlarında, "Azərbaycan" jurnalında şerləri və publisist yazıları dərc olunmuşdur. Onun şer, poema və məqalələri dövri mətbuatda "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman" imzalan ilə verilmişdi. Son illər "Osman Əhmədoğlu" imzası ilə çıxış etmişdir. "Borçalıda yanan ocaq" adlı ilk şerlər kitabı 1989-cu ildə "Yazıçı" nəşriyyatında çıxmışdır.

Kitabları “Borçalıda ocaq yanır” (şeirlər), Bakı, “Yazıçı” nəşriyyatı, 1989

İstinadlar

Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər