Abdulla Mustovfi () — İran tarixçisi.
Həyatı Abdulla Mustovfi 1877-ci ildə Tehran şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Nəsrulla Mustovfi və anası Zibəndə xanım idi. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra Tehran Darülfünununda siyasi elmlərə yiyələnmişdi. Müzəffərəddin şah Qacarın hakimiyyəti dönəmində diplomat kimi Sankt-Peterburqda olmuşdu.
Abdulla Mustovfi həm də gözəl ədib, kamil tarixçi kimi tanınmışdı. Onun bütün həyatı "Mənim həyat kitabım" ("Şərhi-zindəgiyi-mən") adlı avtobioqrafik əsərində öz əksini tapıb.
Abdulla Mustovfi 1950-ci ildə vəfat edib.
Xarici keçidlər http://www.tebyan.net/newindex.aspx?pid=934&articleID=212552
İstinadlar
Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:İran tarixçiləri