PEA Zoologiya Muzeyi və İnstitutu ( Muzeum i Instytut Zoologii PAN) Polşanın Varşava şəhərində yerləşən zoologiya muzeyidir. 1819-cu ildə yaradılmışdır. Polşa Elmlər Akademiyasının institutudur. Yarasalar haqqında elmi jurnal olan Acta Chiropterologica jurnalını nəşr edir.

Muzey 1819-cu ildə Varşava Kral Universitetinin nəzdində zoologiya kabineti kimi təsis edilmişdir. Erkən inkişaf dövrünə Feliks Pavel Yarotski rəhbərlik etmiş, 1862-ci ildə onu Vladislav Taçanovski əvəz etmişdir. Taçanovski Cənubi Amerika və Afrikaya toplama ekspedisiyalarına sponsorluq edən Konstanty Yelski, eləcə də Aleksandr və Konstanty Branitski qardaşları kimi kolleksionerlərin köməyi ilə kolleksiyaları genişləndirmişdir. 1887-ci ildə Ksaveri Branitskinin rəhbərlik etdiyi muzey ziyarətçilər üçün açılmışdır. 1890-cı ildə kolleksiyaya rus nəzarəti altında Nikolay Nasonov, 1906-cı ildən isə Yakov Şelkanovtsev (1915-ci ilə qədər) rəhbərlik etmişdir. Muzey 1921-ci ildə Polşa Dövlət Təbiət Elmləri Muzeyi adlandırılmış və 1935-ci ildə baş vermiş yanğından sonra Varşava Universitetinə köçürülmüşdür. İkinci Dünya müharibəsindən sonra muzeyə Stanislav Feliksiyak rəhbərlik etmişdir. 1952-ci ildə muzey Polşa Elmlər Akademiyasının Zoologiya İnstitutunun tərkibinə daxil olmuşdur. 1953-cü ildən 1959-cu ilə qədər muzeyə Tadeuş Yacevski rəhbərlik etmişdir. 2023-cü ildə Muzey və İnstitutun qərargahı Vilça küçəsindən Twarda 51/55 ünvanına köçürülmüşdür.

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:1819-cu ildə yaradılmış muzeylər Kateqoriya:Polşa muzeyləri