Bavariyalı Adelqunda Avqusta Şarlotta Karolina Yelizaveta Amaliya Mariya Sofiya Luiza (; ) — Bavariya kralı I Lüdviqin qızı, Modena və Reccio hersoginyası.
19 mart 1823-cü ildə Vürtsburqda doğuldu. Atası Bavariya kralı I Maksimilyanın oğlu vəliəhd-şahzadə Lüdviq, anası isə Saksen-Hildburqhauzen hersoqu Frederikin qızı Tereza Şarlottadır. Doğulduğu əsnada babası hələ sağ idi. Onun 1825-ci ildə vəfatının ardından atası taxta çıxdı.
20 mart 1842-ci ildə Münxendə Modena və Reccio hersoqu IV Françeskonun oğlu vəliəhd-şahzadə Françesko Ferdinandla evləndirildi. Cütlüyün bu nigahdan 1 övladı doğulsa da, yetkinlik yaşına çatmadan öldü.
Anna Beatrisa Tereza Mariya (1848-1849)
Qaynatasının vəfatının ardından 1846-cı ildə əri V Françesko adıyla taxta çıxdı. Beləcə, Modena və Reccio hersoginyası ünvanını aldı.
İtaliyanın birləşdirilməsinin ardından taxtdan endirilən əriylə birlikdə Vyanaya sürgünə göndərildi. Qalan illərini vətəni Münxendə yaşayan Adelqunda 1914-cü ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Karl Möckl: Adelgunde, Herzogin von Modena. In: Brigitte Hamann (Hrsg.): Die Habsburger. Ein biographisches Lexikon. Ueberreuter, Wien 1988, ISBN 3-8000-3247-3
İstinadlar
Kateqoriya:D'Este Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:İtaliya hersoqları Kateqoriya:Kraliçalar Kateqoriya:Roma-Katolik monarxları