Əbül-Fəlah Əbdülhəy ibn Əhməd ibn Məhəmməd əs-Salehi əl-Hənbəli (; ) — "Şəzərətüz-zəhəb fi əxbəri mən zəhəb" adlı əsərin müəllifi olan tarixçi, ədib və fəqih.
O, tarix, ədəbiyyat, fiqh, xəttatlıq və dilçilik sahələrində məlumatlı idi. Onun şeirlər yazdığı da məlumdur və mənbələrdə həmin şeirlərdən bəzilərinə rast gəlinir.
Həyatı Hicri 1032-ci (1623) ildə Dəməşqin Salehiyyə qəzasında yaşayan hənbəli məzhəbinə mənsub bir ailənin övladı olaraq dünyaya gəldi.
Əyyub ibn Əhməd əl-Xəlvəti, Əbdülbəqi ibn Əbdülbəqi əl-Hənbəli və Məhəmməd ibn Bədrəddin əl-Balabani kimi alimlərdən dini elmləri öyrəndi. Daha sonra Qahirəyə getdi və burada uzun müddət qalıb Şəhabəddin Əhməd ibn Əhməd əl-Qalyubi, Şəmsəddin Məhəmməd ibn Ələddin əl-Babili, Sultan ibn Əhməd əl-Məzzahi və Nurəddin Əli Şəbrəməllisinin dərslərində iştirak etdi.
Dəməşqə qayıtdıqdan sonra müdərris (dini elmlər üzrə müəllim) təyin edildi və tələbə yetişdirməyə başladı. Onun yetişdirdiyi tələbələr arasında "Xülasətül-Əsər"in müəllifi Muhibbi də vardır.
Hicri 1089-cu (1679) ildə Məkkədə vəfat etdi və Cənnətül-Muəlla qəbiristanlığında dəfn edildi.
Əsərləri İbn əl-İmadın qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Şəzərətüz-zəhəb fi əxbəri mən zəhəb. Mutiyyətül-əman min hinsil-eymən. Mənzumə fin-nəcasət.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Hənbəlilər