Prussiyalı Henri (; ) — Almaniya imperatoru III Fridrixin oğlu.

Həyatı 1862-ci ildə Berlində dünyaya gəldi. Atası Prussiya kralı I Vilhelmin oğlu və varisi Şahzadə Fridrix, anası isə Böyük Britaniya və İrlandiya kraliçası Kraliça Viktoriyanın qızı Şahzadə Viktoriyadır. Uşaqlıq illəri qış aylarında Berlində, yay aylarında isə Potsdamda keçdi. Atasının ordudakı vəzifələri səbəbilə, anasıyla sıx və mehriban münasibəti vardı. O və bacı-qardaşları anasının nəzarətində ingilis üslubunda təlim-tərbiyə aldılar.

1877-ci ildə Kasseldəki gimnaziyanı tamamladı və imperial donanmada hərbi təlim-tərbiyə başladı. 1897-ci ildən etibarən donanma daxilində müxtəlif vəzifələrə təyin olundu.

24 may 1888-ci ildə Berlindəki Şarlottenburq Sarayında Böyük Hesse hersoqu IV Lüdovikin qızı Şahzadə İrina ilə evləndi. Seçilən gəlin namizədi eyni zamanda onun xalası qızı idi. Cütlüyün bu nigahdan 3 oğlu doğuldu. Ancaq oğullarından ikisi hemofiliya xəstəsi idi və bu onlara nənəsi Kraliça Viktoriyadan miras qalmışdı.

Valdemar Viktor (20 mart 1889 - 2 may 1945) Vilhelm Sigismund (2 noyabr 1896 - 14 noyabr 1978) Henri Fridrix (9 yanvar 1900 - 26 fevral 1904)

Birinci Dünya müharibəsinin başlanmasının ardından Baltik dənizi donanmasına baş komandan təyin edildi. Müharibənin ardından alınan məğlubiyyətlə donanmadakı fəaliyyəti başa çatdı.

20 aprel 1929-cu ildə boğazındakı xərçəng səbəbilə vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

Harald Eschenburg. Prinz Heinrich von Preußen - Der Großadmiral im Schatten des Kaisers. Heide, 1989, . [Translation of title: Prince Heinrich of Prussia - The Grand Admiral in the Shadow of the Emperor.] John Van der Kiste. Prince Henry of Prussia. 2015 Heathcote, Tony (2002). The British Admirals of the Fleet 1734–1995. Pen & Sword Ltd. p. 113. ISBN 0-85052-835-6 Tom C. Bergroth (1997). Vapaudenristin ritarikunta: Isänmaan puolesta (in Finnish). Werner Söderström Osakeyhtiö. p. 65. ISBN 951-0-22037-X Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 468. ISBN 978-87-7674-434-2

İstinadlar Kateqoriya:Almanlar Kateqoriya:Prussiya şahzadələri