Ləzzət Orazxan qızı Asanova ( 27 iyul 1970, Almatı vilayəti Panfilov rayonu Akyazık kəndi - 25 dekabr 1986, Almatı ) - Jeltoqsan hadisələrinin qurbanı (1986). thumb|Ləzzət Asanovanın komsomol bileti
Kateqoriya:Əlifba sırasına görə mülki münaqişələr Kateqoriya:1986-cı ildə SSRİ Kateqoriya:1986-cı ildəki münaqişələr Kateqoriya:Qazaxıstanda etiraz aksiyaları Kateqoriya:SSRİ-də kütləvi iğtişaşlar Kateqoriya:SSRİ-də qətliamlar
Həyatı Ləzzət Asanova 1985-ci ildə P.Çaykovski adına Almatı musii məktəbinə daxil olub. 1986-cı il, 17-18 dekabrda Almatı şəhərində baş verən, sonradan Jeltoqsan adı ilə tarixə düşən qazax gənclərinin müstəmləkə və avtoritar sistemə qarşı çıxışlarının aktiv iştirakçısı olmuşdur. O, mərkəzi hakimiyyətə qarşı ilk etirazçılardan biri olmuş və "Qazaxlar! Köləlik asılılığında yaşadığımız bəsdir! Biz yalnız ölkəmizin müstəqilliyini qazandıqda azad ola bilərik!" lozunqu ilə Yeni meydana (indiki Respublika Meydanı) çıxmışdır. Etiraz nümayişi vəhşicəsinə dağıdıldıqdan sonra 87 başqa həbs olunanlarla birlikdə Qazaxlstan SSR Cinayət məcəlləsinin 65-ci maddəsi ilə həbs olunmuşdur (üsyanda iştiraka görə həbs olunanlar (1211-177, 23.02.1990) barəsində Qazaxıstan SSR Daxili işlər nazirliyinin sənədi). 17-18 dekabr 1986-cı il Almatıda baş vermiş hadisələrin yekun qiymətləndirilməsi məqsədilə Respublika Ali Sovetinin Prezidiumu tərəfindən yaradılmış komissiyanın üzvü F.İqnatovun sözlərinə görə, L.Asanovanın meyidi, bir neçə gün sonra musiqi məktəbinin yataqxanasında tapılmışdır və onun güya 5-ci mərtəbədən yıxılması şaiələri yayılmışdır. Buna baxmayaraq onun meyidi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) xsusi mühafizəsi altında Almatı vilayəti, Panfilov rayonu, Ağjazıq kəndinə gətirilmişdir. Meyid yuyulduqda və kəfənə büküldükdə hər iki biləyində qandal izləri, kəllə sümüyünün isə dağıdıldığı müşahidə olunmuşdur. Burdan da belə nəticə çıxarmaq olur ki, L.Asanova qətlə yetirilmişdir. Ancaq Qazaxıstan müstəqillik qazandıqdan sonra Ləzzət haqda həqiqətlər üzə çıxmışdır. Ləzzət Asanovanın qəhrəmanlığına həsr olunmuş "Qəhrəman qız - Ləzzət qız" (mus. Jolaman Tursınbayev, söz. Abdrəhman Asılbek) mahnısı, alimlərin, araşdırmaçıların, dövlət və ictimai xadimlərin onun haqqındakı fikir və yazıları mətbuatda çap olunmuşdur.
Xatirəsi Şəhid Ləzzat Asanovanın xatirəsi Qazaxıstanda yad edilib. Taldıkorqan, Atırau, Jarkent şəhərlərində küçələrə onun adı verilmiş, "Qəhrəman qız - Qəhrəman Ləzzat" mahnısı bəstələnmişdir. Jarkent şəhərində Xatirə kompleksində Ləzzat Asanovaya həsr olunmuş xsusi memirial abidə/heykəl ucaldılıb. Almatı Şəhər Muzeyinin Jeltoqsan hadisələrinə həsr olunmuş bölməsində Ləzzat Asanovaya aid şəxsi əşyalar və 1985-ci ilə aid rəsmi Komsomol bileti O-28211026 nömrəsi ilə eksponat kimi nümayiş olunur. Doğulduğu Panfilov rayonunun Akjazık kəndindəki orta məktəbdə onun adına memorial büst və xatirə guşəsi mövcuddur.
Həmçinin bax
Jeltoqsan hadisələri
Qayrat Rısqulbekov Yerbol Sıpatayev Sabira Məhəmməcanova Xasen Qojaxmetov Nursultan Nazarbayev Gennadi Kolbin Dinməhəmməd Kunayev
İstinadlar