Anna Hayd (; ) — ingilis zadəgan Eduard Haydın qızı, York hersoginyası. Ərinin səltənətindən öncə vəfat etdiyi üçün İngiltərə kraliçası ünvanını ala bilmədi.
1637-ci ildə Vindzorda dünyaya gəldi. Atası ingilis zadəgan Eduard Hayd, anası isə onun ikinci xanımı Fransiska Aylesburqdur. Atasının çiçək xəstəliyi səbəbilə gənc yaşda itirdiyi ilk xanımının şərəfinə adlandırıldı. Atası İngiltərə kralı I Karlın ən yaxın adamlarından biri idi və onun 1649-cu ildə edamından sonra ölkədən qaçanlardan biri oldu. Bu səbəblə, gənclik illəri Niderlandda keçən Anna gələcəkdə evlənəcəyi kralın ikinci oğlu York hersoqu Şahzadə Ceymslə də burada tanış oldu. Cütlüyün toy mərasimi İngiltərədə monarxiyanın bərpası səbəbilə gecikdi. 29 may 1660-cı ildə kralın böyük oğlu II Karl İngiltərə kralı ünvanıyla taxta çıxdı və Britaniyada Stüartlar ailəsinin səltənəti bərpa oldu.
3 sentyabr 1660-cı ildə Londonda evlənən cütlüyün ilk övladı cəmi 2 ay sonra dünyaya gəldi. Bu isə onların katolik inancına zidd şəkildə nikahdan öncə birlikdə olduqlarını sübut etdi. Cütlüyün bu nikahdan 8 övladı dünyaya gəlsə də, yalnız ikisi yetkinlik yaşına çatdı.
Karl (1660–1661) II Mariya Ceyms (1663–1667) Anna Karl (1666–1667) Edqar (1667–1671) Henretta (13 yanvar 1669 – 15 noyabr 1669) Yekaterina (9 fevral 1671 – 5 dekabr 1671)
Qaynı II Karl tərəfindən sevilsə də, sarayda tərəfdaşı az idi. Belə ki, ərinin saysız-hesabsız məşuqəsi və onlardan doğulan bir neçə nikahdan kənar övladı vardı.
Ən kiçik oğlu Edqarın doğumundan sonra döş vəzi xərçəngi diaqnozu qoyulan Anna Hayd bu vəziyyətdə 2 övlad daha dünyaya gətirdi. Bu isə onun səhhətini daha da pisləşdirdi. 31 mart 1671-ci ildə vəfat etdi. 2 gün sonra baş tutan cənazə mərasiminin ardından Vestminster abbatlığına dəfn olundu. Həmin ilin sonunadək 2 övladı daha vəfat etdi və beləcə, ardından qızları Mariya və Annanı kralın yeganə varisləri olaraq qoydu.
Mənbə
Ədəbiyyat
İstinadlar