Məhəmməd ibn Əşas ibn Qeys əl-Kindi (; ) — Əməvi sərkərdəsi və qəbilə lideri.

Bioqrafiyası Məhəmməd ibn Əşasın atası isə Əşas ibn Qeys, anası isə Əbu Bəkrin bacısı Ümmü Fərvədir.

Onun adı mənbələrdə ilk dəfə hicri 41-ci (661) ildə Muaviyə ilə Həsən arasındakı sülh danışıqları zamanı çəkilmişdir.

On ildən sonra Hucr ibn Ədi ilə Ziyad ibn Əbih arasında vasitəçilik etmiş, Hucr ibn Ədinin Muaviyənin yanına gedəcəyi təqdirdə ona heç bir şey olmayacağına zamin durmuş, lakin Hucr ibn Ədi üsyanda günahlandırılaraq Muaviyə tərəfindən edam edilmişdir. Bu hadisədən sonra Məhəmməd ibn Əşas zaminliyi nöqteyi-nəzərindən tənqid edilmişdir.

Bir müddət sonra Kufəyə gəlmiş Müslüm ibn Aqil ilə danışıqlar aparmaq vəzifəsi də Məhəmməd ibn Əşasa həvalə edilmişdir. Məhəmməd ibn Əşas Müslüm ibn Aqilin öldürülməyəcəyinə zamin durmuş, lakin Müslüm Ubeydullah ibn Ziyad tərəfindən qətlə yetirilmişdir. Həmçinin Məhəmməd ibn Əşas, Müslümü evində gizlədən Həni ibn Urvənin də öldürülməsinə mane ola bilməmişdir.

Daha sonra Təbəristana vali təyin edilmiş, lakin bu vəzifənin də öhdəsindən gələ bilməmişdir. Bölgədə yaranmış hərbi qarşıdurmalarda oğlu Əbu Bərk daxil olmaqla bir çox adamını itirmişdir.

Muaviyənin ölmündən sonra Məhəmməd ibn Əşas, Abdullah ibn Zübeyrə beyət etmiş və Abdullah ibn Zübeyr tərəfindən Mosul valisi təyin edilmişdir. Muxtarın Mosula öz valisini təyin etdiyini öyrənən Məhəmməd ibn Əşas, Tikritə qaçmış, oradan da Kufəyə gedərək Muxtara beyət etmişdir. Muxtarın Hüseynin qatillərinə qarşı mübarizə apardığını öyrəndikdən sonra isə Bəsrəyə — Musab ibn Zübeyrin yanına getmişdir. O, burada Musabı Muxtar ilə döyüşə təşviq edən şəxslərdən biri olmuşdur. Fars valisi Mühəlləb ibn Əbu Sufrəni də döyüşə inandırmaq vəzifəsi ona həvalə edilmişdir. Ardınca Muxtar ilə döyüşdə kufəli atlı dəstələrə komandanlıq etmiş və bir gecə adamları ilə birlikdə öldürülmüşdür.

Hədis elmindəki yeri O, Ömərdən, Osmandan, Aişədən, İbn Məsuddan və atasından hədis rəvayət etmişdir. Ondan isə Şəbi, Mücahid ibn Cəbr, Zöhri, Süleyman ibn Yasar və başqaları hədis rəvayət etmişdir.

İstinadlar

Kateqoriya:Tabiinlər Kateqoriya:Döyüşdə həlak olanlar Kateqoriya:VII əsr ərəbləri