Pustets bələdiyyəsi (; ) —1973-cü ildən 2013-cü ilə qədər Liqenas kommunası () olaraq bilinən və Albaniyanın Korça vilayətində yerləşən bələdiyyə.
2011-ci il siyahıyaalınmasına əsasən bələdiyyənin əhalisi 3,290 nəfər, ümumi ərazisi isə 243.6 km²-dir. Bələdiyyənin bayrağında Vergina günəşi təsvir edilmişdir.
Albaniyanın cənub-şərqində, Prespa gölünün cənub-qərb sahili boyu uzanan əraziləri əhatə edən doqquz kənddən ibarətdir.
Bura Albaniyanın yerli etnik makedon azlığının böyük bir hissəsinin vətəni olan Kiçik Prespa (Mala Prespa) adlanan bölgənin bir hissəsidir."ON THE STATUS OF THE MINORITIES IN THE REPUBLIC OF ALBANIA" , Albanian Helsinki Committee with support of the Finnish Foundation ‘KIOS’ and "Finnish NGO Foundation for Human Rights". Hosted at SEE developed by the Applied Research and Communications Fund in Sofia (www.arc.online.bg) under a two-year project sponsored by the U. S. Agency for International Development USAID.Minority Rights in Albania , page 3 — Albanian Helsinki Committee, Sentyabr 1999
Alban və makedon dilləri bələdiyyənin rəsmi dilləridir.
Tarixi alt=Pustets bələdiyyəsinə daxil olan kəndlərin xəritəsi|left|250x250px Serye (Cerje) kəndi ilk dəfə 14-cü əsrə aid sənədlərdə xatırlanmışdır. Digər kəndlərin adlarına isə daha müasir sənədlərdə rast gəlinir.
1900-cü il etnoqrafik tədqiqatına görə, o vaxt əhalinin sayı 1,830 nəfər idi.
Dimitar Mişevin (D. Brankov) 1905-ci ildə apardığı "La Macédoine et sa Population Chrétienne" tədqiqatı göstərir ki, yerli xristian sakinlər Bolqar Ekzarxlığı və Konstantinopol Patriarxlığı arasında bölünmüşdü.D. M. Brancoff. "La Macédoine et sa Population Chrétienne". Paris, 1905, p.170–171
18 mart 2013-cü ildə Albaniya hökuməti bələdiyyənin rəsmi adını alban dilindəki Liqenasdan makedon dilindəki Pustetsə dəyişdirdi.Pustec poveke ne e Liqenas alt=Kiçik Prespada Pustets istiqamətini göstərən, həm alban, həm də makedon dillərində yazılmış yol nişanı|right|250x250px
Kəndləri Bələdiyyə doqquz kənddən ibarətdir: Serye (Cerje) Dolna Qoritsa (Dollna Goricë) Qloboçen (Glloboçen) Qorna Qoritsa (Gorna Goricë) Leske (Leskë) Pustets (Pustec) Şulin (Shulin) Tuminets (Tuminec) Zernovske (Zërnovskë)
Demoqrafiyası 2011-ci il siyahıyaalınmasına əsasən, bələdiyyə sakinlərinin 97%-ni etnik makedonlar, 96%-ni isə pravoslav xristianlar təşkil edirdi.
Albaniya Statistika İnstitutunun (INSTAT) məlumatlarına görə, 2022-ci ildə Pustetsdə yalnız 8 doğum qeydə alınmışdır ki, bu da Dropulldan sonra Albaniyada ən aşağı ikinci göstəricidir.
Təhsil Bələdiyyənin doqquz kəndinin hər birində ibtidai məktəb var. Qorna Qoritsada 8 illik məktəb, Pustetsdə isə həm 8 illik məktəb, həm də orta məktəb fəaliyyət göstərir.
Qardaşlaşmış bələdiyyələr Novatsi bələdiyyəsi, Şimali Makedoniya
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri