Velipoya () — Albaniyanın şimal-qərbindəki Şkoder vilayətində yerləşən kənd və keçmiş bələdiyyə.
O, 2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Şkoder bələdiyyəsinin tabeliyindəki inzibati vahidlərdən birinə çevrilmişdir.
2011-ci ilin siyahıyaalınmasına əsasən kəndin əhalisi 5.031 nəfər təşkil etmişdir.2011 census results
Etimologiyası Velipoya adı slavyan mənşəli Velikopoje sözündən gəlir ki, bu da Azərbaycan dilinə tərcümədə "Böyük Düzənlik" deməkdir.
Güman edilir ki, bu ad slavyanların Albaniyaya etdikləri çoxsaylı hücumların birində verilmişdir.
Coğrafiyası alt=Buna çayının mənsəbi, solda Velipoya kəndi|left|thumb|250x250px Velipoya Albaniyanın gəmiçilik üçün yeganə yararlı çayı olan Buna çayının mənsəbində – onun Adriatik dənizinə töküldüyü yerdə yerləşir. Həmçinin bu çay Monteneqro ilə təbii sərhədi təşkil edir.
Velipoya inzibati vahidinin əhalisi təqribən 10.000 nəfərdir və onlar bir neçə kiçik yaşayış məntəqəsində yayılmışdır ki, bunlardan ən böyüyü Velipoya kəndinin özüdür. 2005-ci ildən bəri Velipoya Buna Çayı — Velipoya Mühafizə Olunan Landşaftının (Buna River-Velipoja Protected Landscape) sərhədləri daxilində yerləşir.
İqtisadiyyatı Velipoyanın iqtisadiyyatı kənd təsərrüfatı, turizm və qismən balıqçılığa əsaslanır. Son vaxtlar bölgədə balıqçılıq təsərrüfatlarının inkişafı üçün də səylər göstərilir.
Turizm Dənizkənarı gəzinti zolağı (promenad) olan uzun, qumlu və müalicəvi çimərlik yay aylarında populyar bir turizm məkanıdır. Kənddə çimərlik boyunca qumdan müxtəlif fiqurların (heykəllərin) yonulmasından ibarət Quru və Qum İncəsənət Festivalı (Land and Sand Art Festival) keçirilir. alt=Velipoya və Şenqyin yaxınlığındakı sahilyanı qorunma əraziləri|left|thumb|250x250px Son illərdə ətraf mühitin (o cümlədən Buna çayının dəniz canlılarının) qorunması və ekoloji turizmin təşviqi məqsədilə bir sıra layihələr həyata keçirilir. Ərazinin mənzərəsi böyük ölçüdə öz təbii, toxunulmaz gözəlliyini qoruyub saxlamışdır. Dəniz sahili, çay mənsəbi, kolluqlar, sıx şam meşələri, əkin sahələri və hündür dağların unikal qarışığı, həmçinin quşları müşahidə etmək, ovçuluq və balıqçılıq üçün mükəmməl bir məkandır.
Tarixən yoxsul bir ərazi olan və ölkənin qalan hissəsi kimi əhalisinin xeyli hissəsi mühacirət edən Velipoya, son vaxtlar, xüsusən də Şimali Albaniyanın əsas şəhəri olan və daxilə doğru təqribən 30 km məsafədə yerləşən Şkoderin sakinləri tərəfindən sevilən bir turizm kurortu kimi genişlənməyə başlamışdır.
2021-ci ildə Şenqyin (Shëngjin) ilə Velipoyanı birləşdirən yeni avtomagistralın tikintisinə başlanılması, turizmin və yerli iqtisadiyyatın daha da inkişaf edəcəyini vəd edir.
Təhsil İnzibati vahiddə kilsə tərəfindən maliyyələşdirilən bir uşaq bağçası, bir neçə ibtidai məktəb, iki orta məktəb və bir gimnaziya fəaliyyət göstərir.
Mədəniyyət və İdman Kənddə həmçinin kiçik bir teatr və yerli "KS Ada Velipojë" futbol komandası var.
Xarici keçidlər InVelipoja.com Turist Bələdçisi
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri Kateqoriya:Şkoder vilayətinin yaşayış məntəqələri