Mallakastra () — Albaniyanın cənub-qərbindəki Fiyer vilayətində yerləşən bölgə və bələdiyyə.

O, 2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Aranitas, Ballş, Fratar, Qreşitsə, Hekal, Kutə, Nqraçan, Qender Dukas və Selitə bələdiyyələrinin birləşdirilməsi nəticəsində yaradılmışdır və həmin ərazilər hazırda bələdiyyənin inzibati vahidləri sayılır. Bələdiyyənin inzibati mərkəzi Ballş şəhəridir.

2011-ci ilin siyahıyaalınmasına əsasən bələdiyyənin ümumi əhalisi 27.062 nəfərdir. Bələdiyyənin ümumi sahəsi isə 329.37 km² təşkil edir.

Bu ərazi keçmiş Mallakastra dairəsinin ərazisi ilə üst-üstə düşür.

Adı Bələdiyyə öz adını eyniadlı Mallakastra təpələrindən almışdır.

Coğrafiyası Bölgənin relyefi alçaq təpələrlə növbələşən çöllərdən ibarətdir. Onların ən yüksək nöqtəsi Şendelli təpəsidir (712 m).Sovet hərbi xəritəsi K-34–124-Б (1:50,000) Bu təpə daha cənubda yerləşən və xeyli hündür olan Şendelli dağı ilə qarışdırılmamalıdır.

Əhalisi Bu bölgənin sakinləri mallakastriotlar (Mallakastriotë) adlandırılır. Əhali əsasən müsəlman və pravoslav xristianlardan ibarətdir. Bölgə həm Bəktaşi təriqətinin, həm də (nisbətən daha az dərəcədə) Xəlvəti təriqətinin mərkəzi hesab olunur. Bölgə öz mədəni ənənələri ilə tanınır və Rrapo Hekali də daxil olmaqla bir çox cəsur döyüşçülər yetişdirmişdir.

İqtisadiyyatı Mallakastra təbii qaz və neft ehtiyatlarına malik olduğu üçün Albaniya üçün sənaye baxımından əhəmiyyətli bir bölgə olmuşdur. Bu ehtiyatlar bölgəni Albaniyanın neft hasilatı və emalı mərkəzinə çevirmişdir. Mallakastra həmçinin çox çeşiddə məhsul istehsal edən kənd təsərrüfatı ilə də tanınır.

Tanınmış şəxsiyyətləri Kadri Roşi — məşhur aktyor. Mehmet Şehu — kommunist siyasətçi. Rrapo Hekali — 1847-ci il Alban üsyanının əsas fiquru. Liri Belişova — kommunist siyasətçi. Luftar Paya — aktyor. İsmayıl Klosi. Ramiz Aranitasi. Bilbil Klosi — hüquqşünas və hakim. Ardian Klosi — yazıçı və tarixçi.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri