Jusipbek Aymautovhttps://azertag.az/xeber/qazaxistanda_prezidentliye_namizedler_ana_dilinden_imtahan_verecekler-1268122 (; ) — Qazaxıstan–SSRİ ictimai xadimi, çoxşaxəli yazıçısı, qazax dilində dram və roman janrlarının banisi, alimi, maarifçisi, pedaqoqu və psixoloqu. O, "Alaş" partiyasının və Alaş Orda hökumətinin xalq şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
Həyatı Jusipbek Aymautov 8 mart 1889-cu ildə Pavlodar qəzasının Bayanaul rayonunda ehtiyac içində yaşayan bir ailədə anadan olmuşdur. Onun ulu babaları Dəndebay və Quan kübar nəsildən olan hörmətli və təhsilli şəxslər idisə də, yazıçının uşaqlığı maddi çətinliklər mühitində keçmişdir. Kiçik yaşlarından ərəb əlifbasını öyrənmiş, eyni zamanda dəmirçilik və ağac üzərində oyma sənətlərinə yiyələnmişdir. O, Arqın tayfasının Süyinşi qoluna mənsubdur.
On səkkiz yaşında bir qış mövsümü ərzində rus məktəbində, daha sonra isə iki ay dövlət kənd təsərrüfatı məktəbində təhsil alaraq rus dilini öyrənmişdir. 1911–1914-cü illərdə kənd müəllimi işləmiş, 1914-cü ildə isə Semipalatinsk Müəllimlər Seminariyasına daxil olaraq 1919-cu ildə oranı bitirmişdir. Təhsil aldığı illərdə Kanış Satbayev və Muxtar Auezov ilə tanış olmuşdur. 1917-ci ildə Muxtar Auezov ilə birlikdə "Janar" adlı qazax gənclər təşkilatını təsis etmişdir. 1918-ci ildən etibarən Auezovun dəstəyi ilə Semipalatinskdə nəşr olunan "Abay" jurnalının redaktoru vəzifəsini icra etmişdir. Sonralar Qazaxıstan ədəbiyyatının klassiki Muxtar Auezov Jusipbek Aymautovu öz müəllimi adlandırmışdır.Жанар // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — С. 287. — ISBN 9965-9746-3-2. (CC BY-SA 3.0)
Seminariyada təhsil aldığı müddətdə Jusipbek Aymautov həm də həkkaklıq, dülgərlik, xarratlıq, çəkməçiliklə məşğul olmuş və dombralar hazırlamışdır. Seminariya tələbəsi olduğu dövrdə Əhməd Baytursunov, Mircakıp Duladov və milli ziyalıların digər nümayəndələri ilə birlikdə "Alaş Orda" milli partiyasının fəaliyyətində yaxından iştirak etmişdir.
thumb|right|Alaş Partiyasının fəalları. Soldan sağa: 1) Xəlil Abbasov 2) Miryaqub Dulatov 3) Əhməd Baytursunov 4) Muxtar Auezov. Ayaq üstə (soldan sağa): 1) J. Aymautov 2) Alkey Marqulan 3) A. Baytasov. Qızılorda, 1926-cı il.
1919–1922-ci illərdə respublika Xalq Maarif Komissarlığının kollegiya üzvü, Semipalatinsk quberniya maarif şöbəsinin rəisi və "Qazax tili" qəzetinin redaktoru olmuşdur. 1922–1924-cü illərdə Qarkaraulda müəllim, 1924–1926-cı illərdə Daşkənddə nəşr olunan "Ak jol" qəzetinin ədəbi işçisi, 1926–1929-cu illərdə isə Çimkənd Pedaqoji Texnikumunun direktoru vəzifələrində çalışmışdır. 1929-cu ildə "Enbekşi qazax" qəzetində fəaliyyət göstərmək üçün Qızılordaya köçmüşdür. Yazıçının dərc etdirdiyi məqalələr hakimiyyət orqanlarının narazılığına səbəb olmuş, nəticədə o, Turğay, Kostanay və Aktöbe bölgələrində aclıqdan əziyyət çəkənlər üçün ayrılmış yardımları mənimsəməkdə ittiham edilərək həbs olunmuşdur. Məhkəmə tərəfindən bəraət alsa da, qısa müddət sonra əks-inqilabi fəaliyyətdə təqsirləndirilərək yenidən həbs edilmiş və Moskvaya aparılmışdır. Birləşmiş Dövlət Siyasi İdarəsi kollegiyasının qərarı ilə 21 aprel 1930-cu ildə 41 yaşında güllələnmişdir. Jusipbek Aumautovun nəşi Vaqankovo qəbiristanlığında, digər repressiya qurbanları ilə birlikdə kütləvi məzarlıqda dəfn edilmişdir. Jusipbek Aumautovun yaradıcılıq irsi uzun onilliklər boyu qadağan olunmuşdur. Yalnız 4 noyabr 1988-ci ildə Qazaxıstan Ali Məhkəməsi yazıçının əməllərində cinayət tərkibinin olmaması səbəbindən ona tam bəraət vermişdir.
Elmi fəaliyyəti Jusipbek Aumautov Qazaxıstanda pedaqogika və psixologiya elmlərinin banilərindən biri hesab olunur. O, pedaqogika, psixologiya və etika sahələrinə dair ondan çox kitabın, yüzlərlə elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun elmi irsinə 1926-cı ildə Orenburqda işıq üzü görmüş "Tərbiyəçi üçün vəsait" ("Tərbiyəyə rəhbərlik"), 1927-ci ildə Daşkənddə nəşr olunmuş "Didaktika" və "Psixologiya", 1929-cu ildə Qızılordada çap edilmiş "Dərslərin kompleks aparılma sistemi metodları" və həmin il Moskvada nəşr olunmuş "Psixologiya və peşə seçimi" ("Can sistemi və sənət seçimi") kimi fundamental əsərlər daxildir.
Bədii yaradıcılığı Jusipbek Aumautovun ilk yazıları 1913-cü ildə "Qazax" qəzetində dərc edilmişdir. 1918-ci ildə Muxtar Auezov ilə birlikdə təsis etdikləri "Abay" jurnalında müntəzəm olaraq məqalələrlə çıxış etmişdir. O, qazax dramaturgiyasının təşəkkül tapmasında mühüm rol oynamış, 17 dekabr 1917-ci il tarixində Semipalatinskdə "Rəbiqə" adlı pyesini səhnələşdirmişdir.http://aimauytov.psu.kz/index.php?option=com_content&view=article&id=217&Itemid=49 Yazıçının görkəmli dram əsərlərindən biri olan və Sultanmahmud Torayğırovun xatirəsinə həsr edilən "Şerniyaz" (1925–1926-cı illərdə yazılmışdır) pyesində şəhər və kənd münasibətləri problemi işıqlandırılmışdır.http://aimauytov.psu.kz/index.php?option=com_content&view=article&id=94&Itemid=49 Jusipbek Aumautovun Semipalatinskdə "Bircan və Sara" tamaşasını da səhnəyə qoymuş və orada Bircan rolunu şəxsən ifa etmişdir. 1926-cı ildə o, qazax dilində yazılmış ilk dörd romandan biri olan "Qartqoca" əsərini qələmə almışdır. Bu romanda yazıçı və poliqlot Qartqoca Toğanbayev prototipindən istifadə etmiş, yoxsul təbəqədən çıxmış qazax ziyalısının ümumiləşdirilmiş obrazını yaratmışdır.http://aimauytov.psu.kz/index.php?option=com_content&view=article&id=127&Itemid=49
Jusipbek Aumautovun yaradıcılığı qazax dramaturgiyasının qaynaqlarını təşkil edir. 1916-cı ildə o, qazaxların Birinci Dünya müharibəsinin arxa cəbhə işlərinə məcburi cəlb edilməsi mövzusunda pyes yazmışdır. İlk teatr qruplarının təşkilatçısı olan müəllif, həm də öz pyeslərinin qazax səhnəsində quruluşçu rejissoru kimi tanınmışdır. Onun dramatik istedadı "Rəbiqə" (1920-ci il), "El qorğanı" (Xalq müdafiəçisi, 1925-ci il), "Mansapxorlar" (Karyeristlər, 1925-ci il) və "Şerniyaz" (1926-cı il) kimi əsərlərində özünü bariz şəkildə büruzə vermişdir.
Tərcümə fəaliyyəti Yazıçının istedadının digər bir mühüm tərəfi onun rus dilinə mükəmməl bələd olmasının və linqvistik bilinqvizminin bariz sübutu olan tərcüməçilik fəaliyyətidir. Jusipbek Aumautov Aleksandr Puşkin, Lev Tolstoy, Maksim Qorki, Gi de Mopassan, Vilyam Şekspir, Viktor Hüqo və Rabindranat Taqor kimi dünya klassiklərinin əsərlərini qazax dilinə böyük məharətlə tərcümə etmişdir. O, Qazaxıstan ədəbiyyatında bədii tərcümənin elmi əsaslarını qoyan şəxs hesab olunur. Onun 1925-ci ildə qələmə aldığı "Tərcümə haqqında" ("Audarma turalı") məqaləsi bu sahədə mühüm nəzəri mənbədir.
Bədii əsərlərlə yanaşı, Jusipbek Aumautov müxtəlif sahələrə dair elmi monoqrafiyaları da qazax dilinə qazandırmışdır. Onun tərcümələri arasında Aleksandr Boqdanovun "Siyasi iqtisadın qısa kursu", Mixail Pokrovskinin "Rusiya tarixinin qısa təsviri", Nikolay Buxarin və Yevgeni Preobrajenskinin "Kommunizmin əlifbası", eləcə də "RSFSR Konstitusiyası", Pyotr Stuçkanın "Suallar və düşüncələr", Sergey Sazonov və Vadim Verxovskinin "Kimya üzrə ilk praktiki dərslər" dərsliyi və digər fundamental əsərlər yer almışdır.
Mirası thumb|Xatirə lövhəsi. Cənubi Qazaxıstan Pedaqoji Universiteti.
Pavlodar Vilayət Qazax Musiqili Dram Teatrı Jusipbek Aumautovun adını daşıyır. Şımkent şəhərindəki 64 nömrəli məktəb-gimnaziya Jusipbek Aumautov şərəfinə adlandırılmışdır. Astana, Şımkent, Semey, Pavlodar, Kökşetau, Almatı və Bayanaul şəhərlərində onun adını daşıyan küçələr mövcuddur.
2003-cü ildə S. Torayğırov adına Pavlodar Dövlət Universitetinin maarifçilər və akademiklərin büstləri yerləşən xiyabanında Aimauıtovun büstü ucaldılmışdır. 2014-cü ildə yazıçının anadan olmasının 125 illiyi münasibətilə Pavlodarda, Qazax Musiqili Dram Teatrının qarşısında Aymautovun abidəsi ucaldılmışdır.
Seçilmiş əsərləri «Рабиға», пьеса, Москва, 1920; «Сылаң қыз», пьеса, Ташкент, 1922; «Мансапқорлар», пьеса, Москва, 1925; «Ел қорғаны», пьеса, Ташкент, 1925; «Шернияз», пьеса, Семей, 1926; «Тау еліндегі оқиға», Ташкент, 1925; «Қартқожа», роман, Кызылорда, 1926; «Ақбілек», роман, Кызылорда, 1928; «Күнекейдің жазығы», повесть, Кызылорда, 1928;
İstinadlar
Xarici keçidlər Жусипбек Аймауытов, Павлодарский государственный университет им. С.Торайгырова
Kateqoriya:Qazax yazıçılar Kateqoriya:Qazaxıstan dramaturqları Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar