Yana Rudenko (; ) — ukraynalı gənc mütəxəssis, aktivist və Rusiyanın Ukraynaya təcavüzündən sağ qalmış ukranalı. O, fəaliyyət istiqamətlərini ədalətin bərpası, müharibə cinayətlərinə görə məsuliyyət və Şərqi Avropanın mədəni maarifləndirilməsi təşkil edir.
Erkən həyatı və təhsili Rudenko Ukraynanın Çerkası vilayətində doğulub boya-başa çatıb. O, bakalavr təhsilini Lvov Politexnik Universitetində iqtisadiyyat və idarəetmə üzrə alıb. 2022-ci ildə Rusiyanın hücuma keçdiyi vaxtda Buçada olan Rudenko, həftələrlə Rusiyanın işğalı altında qalıb. Burada həm müharibə cinayətlərinin şahidi olub, həm də ağır şəraitdə yaşamalı olub.
Karyerası və aktivist fəaliyyəti 2022-ci ilin ortalarında, Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca, Rudenko qaçqın kimi Niderlanda köçdü. Yaşadıqlarından sonra, qlobal sülhə və ədalətə töhfə vermək üçün Leyden Universitetinin Haaqa kampusunda dövlət idarəçiliyi sahəsində təhsil almaq qərarına gəldi. O, Haaqada keçirilən Kleverinqa Görüşü də daxil olmaqla, beynəlxalq tədbirlərdə çıxış edərək şəxsi təcrübələrini bölüşmüş və Rusiyanın etdiyi təcavüzünə görə məsuliyyət daşımasının vacibliyini vurğulamışdır.
Yana Rudenko Adriatik-Baltik-Qara-Azov (ABBA) Tələbə Birliyinin təsisçisi və prezidentidir. ABBA-nın məqsədi Şərqi Avropa mədəniyyətləri və siyasəti haqqında anlayışı inkişaf etdirmək, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin davam edən təsirlərini diqqət mərkəzində saxlamaqdır. ABBA tərəfindən təşkil olunan tədbirlərə Krım tatar lideri Refat Çubarovla keçirilən sual-cavab sessiyası da daxildir.
Yana Rudenko Niderlandda fəaliyyət göstərən "DroneAid Collective" təşəbbüsünün də həmtəsisçisidir. Bu layihə məcburi köçkün düşmüş ukraynalıları və reabilitasiya keçən veteranları Ukrayna Silahlı Qüvvələri üçün dronların istehsalına cəlb edir. Niderlandın müxtəlif şəhərlərində keçirilən seminarlar vasitəsilə iştirakçılar kəşfiyyat, müşahidə və məlumat toplama missiyaları üçün istifadə olunan dronları qurur, həmçinin elektronika və lehimləmə kimi texniki bacarıqlara yiyələnirlər. Fəaliyyətinin ilk ilində bu təşəbbüs 150000 avrodan çox vəsait toplamış və 300-ə yaxın dron istehsal edib. "DroneAid Collective" cəbhə xəttinə dronlar və digər humanitar resurslar çatdıran "Eyes on Ukraine" qeyri-kommersiya təşkilatı ilə sıx əməkdaşlıq edir.
Rudenko, NATO Sammiti Çağırışının on qalibindən biri olaraq, 13 may 2024-cü il tarixində Stokholmda keçirilən dördüncü NATO Gənclər Sammitində iştirak etmişdir. Rudenko Universiteti 2024-cü ildə bitirmişdir. Rudenko graduated in 2024.
Sosial mediya və hüquq müdafiəçiliyi Rudenko, müharibə cinayətləri haqqında məlumatlılığı artırmaq və dezinformasiya ilə mübarizə aparmaq üçün sosial mediadan istifadə edir. O, Ukraynaya humanitar yardım məqsədilə 8000 avrodan çox vəsait toplayaraq xeyriyyə kampaniyaları təşkil etmişdi. Onun fəallığı həmçinin Krım tatarları və çərkəzlər kimi azlıqların məruz qaldığı təzyiqləri, eləcə də təcavüzə qarşı qlobal məsuliyyətin vacibliyini topluma çatdırır. Yana Rudenkonun fəaliyyəti, müharibənin fəsadları haqqında maarifləndirmə və ədalətin əhəmiyyəti sahəsindəki töhfələrinə görə yüksək qiymətləndirilir. O, akademik və aktivist fəaliyyəti ilə qlobal həmrəylik və mədəni anlaşmanı müdafiə edir.
İstinadlar