Rayner Vays () — amerikalı fizik, lazerlər və lazer interferometriyası üzrə mütəxəssis idi. O, qravitasiya dalğalarının aşkarlanmasında ixtisaslaşmış LIGO elmi əməkdaşlığının qurucularından biri idi. Hal-hazırda Massaçusets Texnologiya İnstitutunun fəxri professorudur.The Shaw Prize — Top prizes for astronomy, life science and mathematics. Дата обращения: 22 июня 2016. Архивировано 3 ноября 2017 года. O, 2017-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb.

Həyat yolu O, 1955-ci ildə fizika üzrə bakalavr, 1962-ci ildə isə fizika üzrə doktorluq dərəcəsini Tafts Universitetində almışdır. 1962-ci ildən 1964-cü ilə qədər Prinston Universitetində Robert Dikkenin laboratoriyasında tədqiqatçı olmuşdur. 1964-cü ildən Massaçusets Texnologiya İnstitutunda işləmiş və 1973-cü ildə professor olmuşdur. 1970-ci illərdə Rayner Vays kosmik mikrodalğalı fon şüalanmasının spektrini ölçməkdə qabaqcıllardan biri olaraq və daha sonra COBE peyk elm qrupunda məsləhətçi kimi işləyib.Meet the college dropout who invented the gravitational wave detector. Дата обращения: 3 октября 2017. Архивировано 26 января 2018 года.

O, 25 avqust 2025-ci ildə 92 yaşında Massaçusets ştatının Kembric şəhərindəki bir xəstəxanada vəfat etmişdir.McCain, Dylan Loeb (26 августа 2025). Rainer Weiss, Who Gave a Nod to Einstein and the Big Bang, Dies at 92. The New York Times (англ.). Дата обращения: 26 августа 2025.

Mükafatları 1998-ci ildə — Manne Siqbana Xatirə Mühazirəsi 2000-ci ildə — Guqqenhaym TəqaüdüРайнер Вайсс на сайте Мемориального фонда Джона Саймона Гуггенхайма. Дата обращения: 4 октября 2017. Архивировано 4 октября 2017 года. 2007-ci ildə — Eynşteyn Mükafatı (APS),("Lazer İnterferometr Qravitasiya-Dalğa Rəsədxanasının uğurlu fəaliyyətinə səbəb olan optik interferometriyaya əsaslanan qravitasiya dalğası detektorlarının inkişafına verdiyi töhfələrinə görə") 2016-cı ildə — Fundamental Fizika Mükafatı (Kip Torn və Ronald Drever ilə birgə), "Astronomiya və fizikada yeni üfüqlər açan cazibə dalğalarının müşahidəsinə görə."Breakthrough Prize. Дата обращения: 22 июня 2016. Архивировано 7 мая 2016 года. 2016-cı ildə — Qruber Mükafatı2016 Gruber Cosmology Prize Press Release | The Gruber Foundation. Дата обращения: 23 июня 2020. Архивировано 3 мая 2019 года. 2016-cı ildə — Astronomiya üzrə Şao Mükafatı,The Shaw Prize — Top prizes for astronomy, life science and mathematics. Дата обращения: 22 июня 2016. Архивировано из оригинала 7 июня 2016 года. 2016-cı ildə — Harvi Mükafatı 2016-cı ildə- Kavli Mükafatı, "Qravitasiya dalğalarının birbaşa aşkarlanmasına görə."9 SCIENTIFIC PIONEERS TO RECEIVE THE 2016 KAVLI PRIZES | The Kavli Foundation. Дата обращения: 22 июня 2016. Архивировано 24 июня 2016 года. 2017-ci ildə — Uillis Lemba Mükafatı 2017-ci ildə — Asturiya Şahzadəsi Mükafatı 2017-ci ildə — Fizika üzrə Nobel MükafatıНобелевскую премию по физике присудили за вклад в изучение гравитационных волн. Interfax.ru. 3 октября 2017. Архивировано 17 октября 2017. Дата обращения: 18 октября 2017. 2019-cu ildə — Çexiya Respublikası Senatı sədrinin Gümüş MedalıStříbrné medaile předsedy Senátu. Дата обращения: 28 декабря 2023. Архивировано 19 сентября 2022 года.

İstinadlar

Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:ABŞ astronomları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Amerikalılar Kateqoriya:Yəhudi alimlər