I Fridrix Avqust (; ) — Böyük Oldenburq hersoqu.

Leypsiq Universitetində başlayan təhsilini İngiltərə və Şotlandiyada davam etdirdi. Napoleon müharibələrində fransızlara qarşı döyüşdü.

1812-ci ildə qardaşının vəfatının ardından taxtın yeganə varisi oldu. 1829-cu ildə atasının vəfatından sonra taxta çıxdı.

İlk evliliyi 24 iyul 1817-ci ildə alman əsilzadəsi Şahzadə Adelhaydla baş tutdu. Cütlüyün bu nigahdan 2 qızı doğuldu.

Şahzadə Amaliya Şahzadə Frederika (8 iyun 1820 - 20 mart 1891)

İkinci evliliyi 24 iyun 1825-ci ildə baldızı Şahzadə İda ilə baş tutdu. Cütlüyün bu nigahdan 1 oğlu doğuldu.

II Pyotr

Üçüncü evliliyi isə 5 may 1831-ci ildə İsveç kralı III Qustavın nəvəsi Sesilya ilə baş tutdu. Cütlüyün bu nigahdan 3 oğlu doğuldu.

Aleksandr Fridrix Qustav (1834-1835) Nikolay Fridrix Avqust (1836-1837) Anton Elimar (1844-1895)

Mənbə

Ədəbiyyat

Haggerty, George; Zimmerman, Bonnie, eds. (2000). "German Literature". Encyclopedia of Lesbian and Gay Histories and Cultures. p. 612. ISBN 0-815-34055-9 Haydn, Joseph (1855). History of the Wars of the French Revolution. Bangs. p. 555

İstinadlar