VI Adolf Frederik (; ) — son Böyük Meklenburq-Strelitz hersoqu.
1882-ci ildə dünyaya gəldi. Atası Şahzadə Adolf Böyük Meklenburq-Strelitz hersoqu Frederik Vilyamın oğlu idi. Dünyaya gəldiyi əsnada babası taxtda idi. 1904-cü ildə babasının vəfatından sonra atası taxta çıxdı və onun böyük oğlu kimi taxt varisi oldu.
Drezden və Münxendə hüquq təhsili aldı. Ardından Prussiya ordusunda hərbi fəaliyyətə başladı. 1908-ci ildə kiçik qardaşı dülloda öldürüldü və beləcə, taxtın yeganə varisi oldu. Birinci Dünya müharibəsinin başlamasından bir neçə həftə öncə, atasının vəfatıyla 1914-cü ildə taxta çıxdı. Ancaq o əsnada evli deyildi və rəsmi varisi yox idi. Bu səbəblə, varissiz ölümü halında, bütün taxt-tacı Böyük Meklenburq-Şverin hersoqluğuna birləşdiriləcəkdi.
1918-ci ildə intihar edərək öldü. Onun ölümündən sonra Çar ordusunda xidmət edən uzaq qohumunun taxtdan imtina etməsi səbəbilə, 23 fevral 1918-ci ildə boş qalan Strelitz mülkünə qohumu olan Böyük Meklenburq-Şverin hersoqu IV Fridrix Fransisk taxta sahib çıxdı və naiblik etdi. Ancaq Birinci Dünya müharibəsində Almaniya imperiyasının məğlub edilməsinin ardından 14 noyabr 1918-ci ildə hər iki taxtdan da çəkildi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Boğularaq intihar edənlər Kateqoriya:Birinci Dünya müharibəsində Almaniya generalları