Səkkizguşəli türbə, Pir Əbdül Cabbar türbəsi və ya Seyid Əbdül Cabbar türbəsi — 1867-ci idlə Quba rayonunun Möhüc kəndində Seyid Əbdül Cabbarın qəbri üzərində tikilmiş türbə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə türbə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Səkkizguşəli türbə 1867-ci ildə Quba rayonunun Möhüc kəndində Seyid Əbdül Cabbarın qəbri üzərində tikilib. Qırmızı kərpicdən tikilmiş türbənin daxili hündürlüyü 4 metrdir. Azərbaycanlı epiqrafist tarixçi Məşədixanım Nemət türbədə araşdırma aparıb və türbənin içərisindəki qəbirin baş daşının üzərində yazılanları oxuyub. Baş daşının üzərində nəsx xətti ilə yazılıb:

Türbənin həyətində yaşı 100-dən artıq olan ağaclar mövcuddur. Bu ağaclar da müqəddəs sayıldıqları üçün illərlə insanlar tərəfindən qorunub və kəsilməklərinin qarşısı alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə türbə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Şəkilləri

Mənbə

İstinadlar

Ədəbiyyat