Mim Mim Qrupu — yaradılmasında Ənvər Paşa və Tələt Paşanın da rolunun olduğu, Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi şəkildə tanınmış kəşfiyyat qrupu. Qrupun əsl adı Müsəllah Müdafiəyi-Milliyə () olmuşdur və adının baş hərfləri olan "M. M."nin osmanlıca oxunuşuna uyğun olaraq "Mim Mim" qısaltması ilə tanınmışdır.
Yaranması
Ənvər Paşa tərəfindən yaradılmış Təşkilati Məxsusənin bəzi İstanbul kadrları Mudros müqaviləsinin imzalanmasından sonra Tələt Paşanın da yönləndirməsi ilə Karakol cəmiyyətini formalaşdırmışdır. Mustafa Kamal Karakol cəmiyyətinin rəhbərliyində ittihadçıların üstünlük təşkil etməsindən narahat olduğu üçün Qara Vasifdən bu təşkilatın buraxılmasını istəmişdir. Bundan sonra Hüsaməddin Ərtürk Anadoluda silah və sursatın gizli şəkildə daşınmasını təmin edəcək, eyni zamanda kəşfiyyat məlumatları toplayacaq yeni bir qrupun yaradılması istiqamətində fəaliyyətə başlamışdır. Karakol Cəmiyyətindən olan bəzi kadrların da iştirakı ilə Müsəllah Müdafiəyi-Milliyə adlı kəşfiyyat qrupu yaradılmışdır. Türkiyə Böyük Millət Məclisi Hökuməti 3 may 1921-ci il tarixində qısa adı "M. M." (Mim Mim) olan bu təşkilata rəsmi status vermişdir.
Fəaliyyəti
Mim Mim Qrupu hərbi və mülki şəxslərdən ibarət kadrları ilə İstanbulda geniş agentura və məlumat şəbəkəsi yaratmağa nail olmuş, Anadoluda silah və sursatın gizli daşınması fəaliyyətlərini təşkil etmiş, düşmən qərargahlarına, əməkdaşlıq edən qruplara və xarici nümayəndəliklərə sızaraq çoxsaylı mühüm sənəd və məlumatlar əldə etmişdir.
Milli mübarizə dövründə düşmən fəaliyyətlərinə qarşı yaradılmış müxtəlif kəşfiyyat qrupları ilə də əməkdaşlıq etmiş olan bu təşkilatın fəaliyyəti İstanbulun azad edilməsindən sonra, 5 oktyabr 1923-cü ildə başa çatmışdır.
Üzvləri
Mim Mim Qrupunda fəaliyyət göstərdiyi məlum olan mülki şəxslər aşağıdakılardır:
Tacir Topkapılı Cambaz Mehmed Bəy (qrupun İstanbul üzrə rəhbəri) Qayıqçıların stüardı Əli Osman Reis (1924-cü ildə Mustafa Kamala sui-qəsd təşkil etməkdə ittiham edilmiş və İstanbul İstiqlal Məhkəməsində mühakimə olunmuşdur) Ehsan Pere (İstanbulda Gizli Teleqraf Mərkəzi qurulduqdan sonra Müdafiəyi-Milliyə Cəmiyyətinin Ankara ilə əlaqəsini təmin etmişdir) Yüklədaşıyanların stüardı Saleh Rəis (Hüseyn Hilmi rəhbərliyindəki Türkiyə Sosialist Firqəsinin üzvü) Hemşinli Kommunist Mehmed (İstanbulda Şəfik Hüsnü Deymerə bağlı "Aydınlıq" qrupundan) Hemşinli Mahmud (Şəfik Hüsnü rəhbərliyindəki TİÇSF-nin İstanbul qolu olan İstanbul Kommunist Qrupundan) Arman Pandikyan Hemşinli Abdullah Osman Kapitan Əhməd Kapitan Tahsin Kapitan Əczaçı şagirdi Qalib Aydınlıq Kitabxanasından Şövqi
İstinadlar
Kateqoriya:Osmanlı imperiyasının dövlət təşkilatı Kateqoriya:Türkiyənin xüsusi xidmət orqanları Kateqoriya:Təşkilati Məxsusə