Henrieta Todorova (bolq. Хенриета Тодорова; 25 fevral 1933 – 12 aprel 2015) — bolqar tarixöncəsi dövr arxeoloqu, professor, Neolit və Eneolit dövrlərinin aparıcı tədqiqatçılarından biri olmuşdur. Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, Berlində yerləşən Alman Arxeologiya İnstitutunun üzvü və Leybnits Elmi Cəmiyyətinin xarici üzvü idi.

Həyatı Henrieta Todorova 25 fevral 1933-cü ildə Sofiyada anadan olmuşdur.

Ali təhsilinə Sofiya Universitetində başlamış, 1954-cü ildə Bratislavada yerləşən Komenius Universitetini tarix və fəlsəfə ixtisasları üzrə bitirmişdir. 1964-cü ildə Slovakiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda “Trakiya və Şimali-Şərqi Bolqarıstanda Eneolit keramikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1967-ci ildən etibarən Bolqarıstan Elmlər Akademiyasının Arxeologiya İnstitutunda (Milli Arxeologiya Muzeyi, Sofiya) çalışmışdır. 1978-ci ildə “Bolqarıstanda Eneolit dövrü” mövzusunda habilitasiya işi müdafiə edərək professor elmi adını almışdır. 2004-cü ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə Berlin Leybnits Elmi Cəmiyyətinin xarici üzvü seçilmişdir.

Henrieta Todorova 12 aprel 2015-ci ildə 82 yaşında vəfat etmişdir.Gurova, M. (2015). Henrieta Todorova (25.02.1933–12.04.2015). Bulgarian e-Journal of Archaeology, 5(1), s. 97–98.

Elmi fəaliyyəti Henrieta Todorova 18 monoqrafiyanın və 150-dən çox elmi məqalə, məruzə və resenziyanın müəllifidir. Onun əsərləri bolqar, ingilis, fransız, alman, italyan və rus dillərində nəşr olunmuşdur.

Tədqiqat sahələrinə Neolit, Eneolit, Tunc dövrü, erkən metallurgiya və tarixöncəsi cəmiyyətlərin transformasiyası daxildir. Bolqarıstanda Usoe, Sava, Ovçarovo, Polyanitsa və Kodjadermen–Gumelniţa–Karanovo VI (KGK VI) mədəni komplekslərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır.

Xüsusilə Durankulak arxeoloji kompleksinin sistemli tədqiqini özünün əsas elmi nailiyyətlərindən biri hesab etmişdir.

Akademik və beynəlxalq fəaliyyəti Sofiya Universiteti, Yeni Bolqarıstan Universiteti və Veliko Tırnovo Universitetində dərs demişdir. Almaniya və Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə qonaq professor kimi fəaliyyət göstərmişdir (1990, Ankara, Hacettepe Universiteti).

1979–1996-cı illərdə “Aşağı Dunay regionunun tarixöncəsi problemləri” adlı beynəlxalq elmi forumun təşkilat komitəsində yer almışdır. Bolqarıstanda keçirilən üç böyük beynəlxalq simpoziumun əsas təşkilatçısı olmuşdur.

Mükafatlar və xatirə 2003 — cü ildə Henrieta Todorova Dobriç şəhərinin Fəxri kitabına daxil edilmişdir (Əmr № 139, 05.03.2003). 2007 — PRAE: In honorem Henrieta Todorova adlı ithaf kitabı 2016 — Rumıniyada onun xatirəsinə həsr olunmuş elmi toplu nəşr edilmişdir In Memory of Henrieta Todorova with scientific articles on the topic Between Earth And Heaven Symbols And Sygns. ISBN 978-606-8698-10-6.

Elmi əsərləri Todorova, Henrieta (1978). The Eneolithic Period in Bulgaria in the Fifth Millennium B.C. Oxford: British Archaeological Reports (BAR International Series, 49). ISBN 0-86054-027-8. Todorova, Henrieta; Vajsov, Ivan (1993). Neolithic Period in Bulgaria (End of the Seventh–Sixth Millennium BC). Sofia: Nauka i izkustvo. ISBN 954-02-0074-X; ISBN 978-954-020-075-0. Todorova, Henrieta (1981). Die kupferzeitlichen Äxte und Beile in Bulgarien. München: Praehistorische Bronzefunde IX, 14. ISBN 3406080677; ISBN 9783406080678. Todorova, Henrieta (1982). Kupferzeitliche Siedlungen in Nordostbulgarien. München: C. H. Beck. ISBN 978-3406090578. Todorova, Henrieta; Vajsov, Ivan (2001). Der kupferzeitliche Schmuck Bulgariens. Stuttgart: Franz Steiner Verlag. ISBN 978-3-515-07616-6. Todorova, Henrieta (1989–2016). Durankulak I–III. Berlin—Sofia: Bulgarian Academy of Sciences/DAI - Berlin. Todorova, Henrieta et al. (2011). History of Dobrogea. Volume 1. Veliko Tarnovo: Fabre. ISBN 978-619-00-0089-1.

İstinadlar

Xarici keçidlər Academia.edu – elmi əsərlərinin siyahısı

Kateqoriya:1933-cü ildə doğulanlar Kateqoriya:2015-ci ildə vəfat edənlər Kateqoriya:Sofiyada doğulanlar Kateqoriya:Bolqarıstan arxeoloqları Kateqoriya:XX əsrin arxeoloqları