Bilal Qurbanov () — batut gimnastikası üzrə yarışan azərbaycanlı idmançı. Bilalın ən yüksək nəticəsi 2024-cü ildə Portuqaliyanın Gimaraeş şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanmasıdır.

Mükafatlar 2021-ci ildə Böyük Britaniyanın Telford şəhərində keçirilən beynəlxalq turnirdə Bilal medal qazanıb. 2022-ci ildə o, Milli Gimnastika Arenasında təşkil olunan 6-cı Azərbaycan birinciliyində gənclər arasında akrobatik trasda tullanma üzrə yarışda birinci yeri tutub. 2022-ci ilin may ayında Bilal İtaliyanın Rimini şəhərində təşkil olunan batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində birinci yeri tutaraq qızıl medal qazanıb.

Avropa ÇempionatıİlYerMedalNöv2021Soçi (Rusiya)Tumbling komandası (gənclər)2024Gimaraeş (Portuqaliya)Tambling

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:2006-cı ildə doğulanlar