Oliviya Kielbasa (; ) — Polşa şahmatçısı, Qadınlar arasında Beynəlxalq dərəcəli Usta (2016), Qadınlar arasında Şahmat üzrə Avropa Çempionatının bürünc (2021) və gümüş (2023) mükafatçısı. Həyatı Oliviya Kielbasa Polşanın Auqustov şəhərində anadan olub. Şahmatla 5 yaşından maraqlanmağa başlayıb. Oliviya müxtəlif yaş qruplarında gənclər arasında Polşa şahmat çempionatının dəfələrlə qalibi olub. 2008-ci ildə 8 yaşa qədər qızlar arasında Polşa çempionatında ikinci olub, 2010-cu ildə 10 yaşadək qızlar arasında Polşa şahmat çempionatında birinci yeri tutub. 2011-ci ildə 12 yaşa qədər qızlar arasında Polşa çempionatında bürünc medal qazanıb. 2012-ci ildə o, U12 yaş qrupunda qızlar arasında şahmat üzrə Polşa çempionatında gümüş medal əldə edib. 2013-cü ildə 16 yaşa qədər qızlar arasında Polşa çempionatında bürünc medal qazanıb. 2015-ci ildə 18 yaşadək qızlar arasında Polşa şahmat çempionatının qalibi olub.

Gənclər arasında keçirilən beynəlxalq şahmat turnirlərində ölkəsini uğurla təmsil edib. 2010-cu ildə Batumidə 10 yaşa qədər qızlar arasında gənclər arasında şahmat üzrə Avropa çempionatının qalibi olub və bu uğuruna görə FİDE Qadın Ustası (WFM) adını alıb. 2011-ci ildə 12 yaşadək qızlar arasında şahmat üzrə gənclər arasında Avropa çempionatının gümüş medalını qazanıb. 2014-cü ildə Durbanda o, kanadalı şahmatçı Qiyu Çjou ilə gənclər arasında şahmat üzrə dünya çempionatında qızlar arasında U14 yaş qrupunda birinci yeri bölüşüb və yalnız əlavə göstəricilərdən sonra ikinci yeri tutub. 2016-cı ilin yanvarında Oliviya Kielbasa Krakoviya Beynəlxalq Qadınlar Şahmat Turnirinin qalibi olub və ilk qrossmeyster normasını yerinə yetirib. 2018-ci ilin avqustunda Riqada U18 yaş qrupunda qızlar arasında keçirilən yeniyetmələrin şahmat üzrə Avropa çempionatında 2-ci yeri tutub.

Oliviya Kielbasa 2021-ci ilin avqustunda Yassıda keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatında 3-cü yeri tutub.

Polşa komandasını əsas komanda şahmat turnirlərində təmsil edib:

2013-cü ildə Şahmat üzrə Milli Komandaların Avropa çempionatıda iştirakçı olub; Üç dəfə (2015-2017) 18 yaşadək qızlar arasında şahmat üzrə Avropa komanda çempionatında iştirak edib. Komanda yarışında o, qızıl (2017) və 2 gümüş (2015, 2016) medal qazanıb. Fərdi yarışda Oliviya Kielbasa 2 bürünc (2015, 2016) medal əldə edib.

İstinadlar

Xarici keçidlər Выступления Оливии Кёлбасы в чемпионатах мира среди юниоров Выступления Оливии Кёлбасы в личных чемпионатах Европы Выступления Оливии Кёлбасы в командных чемпионатах Европы среди девушек до 18 лет Выступления Оливии Кёлбасы в Кубках европейских клубов

Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat beynəlxalq ustaları