thumb|Sperma analizində spermatozoid və leykositlər aşkar edilmədi Azospermiya ( — yoxluğu, — heyvan, isə sperma mənasını verir) eyakulyasiyada spermatozoidlərin olmadığı patoloji vəziyyətdir.

Azospermiya kişi sonsuzluğunun səbəblərindən biridir.Руководство ВОЗ по стандартизованному обследованию и диагностике бесплодных супружеских пар / пер. с англ. Р. А. Нерсеяна.— 4-е издание.— М.: Изд-во "МедПресс", 1997. С.10.— 91 с. Azospermiya eyakulyatın analizi (spermoqram) vasitəsilə müəyyən edilir. Xayalarda spermatozoidlərin əmələ gəlmədiyi qeyri-obstruktiv (sekretor) azospermiya ilə vas deferenslərin tıxanması səbəbindən spermatozoidlərin boşalmaya daxil olmadığı obstruktiv (ifrazedici) azospermiya arasında müəyyən qədər fərq vardır.ЯмановаМ. В., СалминаА. Б. Эндокринное бесплодие: клеточная и молекулярная патология имплантации.— М., Медика, 2009.— ISBN 978-5-98495-014-5.— 208 c. Eyni zamanda testikulyar hipofunksiya və vas deferensin obstruksiyasının kombinə edilmiş formalarına da rast gəlinir. Obstruktiv azospermiya (ifrazedici sonsuzluq) müalicə zamanı daha yaxşı nəticə verir və tez sağalır.

Azospermiya üçün risk faktorlarına genetik pozğunluqlar, toksik təsirlər (alkoqol, kimyəvi maddələr, radiasiyaya məruz qalma), vas deferenslərin tıxanmasına səbəb olan cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, hipotermiya və vitamin çatışmazlığı aid edilir.

Azospermiyanın müəyyən edilməsi üçün testlər Spermoqramma Genitoqrafiya Testis və ya epididimal toxumanın biopsiyası. Sonsuzluğun irsi inkişaf səbəblərini müəyyən edən AZF lokusunun delesiyası.

Genlər Abdominal azospermiya anadangəlmə hipopituitarizm, Kallman sindromu, Prader-Villi sindromu, gonadotropin çatışmazlığı ilə nəticələnən digər genetik səbəblər nəticəsində yarana bilər. Klaynfelter sindromu (XXY) nəticəsində də azospermiya əmələ gələ bilir. Bundan əlavə, azospermiyalı kişilərin 13%-də Y-xromosom qüsurları ilə əlaqəli qüsurlu spermatogenez mövcuddur. Bu cür qüsurlar yeni mikrodelesiyalar olub, xromosomun uzun qoluna təsir göstərir. Y xromosomunun uzun qolunun bir hissəsi Azospermiya faktoru (AZF) adlandırılır. Bu bölgədəki qüsurlar oliqospermiya və ya azospermiya ilə nəticələnə bilir, lakin onların sıx genotip-fenotip korrelyasiyası əldə edilməmişdir.

Diaqnostika Azospermiya sonsuzluq tədqiqatlarının həyata keçirilməsi nəticəsində müəyyən edilir. Müxtəlif hallarda (sentrifuqadan sonra mikroskop altında sperma nümunəsində sperma görünmədikdə) iki sperma analizi aparılır və lazım gəldikdə əlavə tədqiqatlara da müraciət olunur.

Tədqiqat özündə tarixi, skrotumu və xayaların hərtərəfli qiymətləndirilməsi daxil olmaqla fiziki müayinəni, laboratoriya testlərini və bəzi hallarda görüntüləməni birləşdirir. Diaqnoz nəticəsində xəstənin ümumi sağlamlıq vəziyyəti, cinsi sağlamlığı, libidosu və cinsi fəaliyyəti müəyyən edilir. Bəzi agentlərin, o cümlədən tibbi agentlərin tarixi öyrənilməlidir. Bunlara hormon steroid terapiyası, antibiotiklər, 5-ASA inhibitorları (sulfasalazin), alfa-blokatorlar, 5-alfa reduktaza inhibitorları, kimyaterapevtik agentlər, pestisidlər, rekreasiya məqsədilə istifadə olunan narkotiklər (marixuana, həddindən artıq alkoqol) və xayaların istilik təsiri daxildir. Cinsiyyət sistemini əhatə edən cərrahi əməliyyatların tarixi dəqiqləşdirilməlidir. Genetik anormallıqları axtarmaq üçün ailə tarixini öyrənmək lazımdır.Ramasamy R, Lin K, Gosden LV, Rosenwaks Z, Palermo GD, Schlegel PN. High serum FSH levels in men with nonobstructive azoospermia does not affect success of microdissection testicular sperm extraction. Fertil Steril. 2009;92(2):590–3.

Doğuşdan toxumçıxarıcı kanalın olmaması fiziki müayinə zamanı aşkar edilə və transrektal ultrasəs (TRUS) vasitəsilə təsdiqlənə bilər. Əgər genetik testlə kistik fibroz təsdiqlənərsə, transrektal ultrasəs həmçinin obstruksiya səbəbli azospermiya və ya eyakulyasiya kanalının obstruksiyası ilə əlaqəli anomaliyaları qiymətləndirə bilər. Bunlara kanalın daxilindəki anomaliyalar, prostat median kisti (kistin aspirasiyasına ehtiyac olduğunu göstərə bilər) və ya toxum kisəciklərinin pozulması daxildir. Retrogard eyakulyasiya isə posteyakulyator sidiyin qələvi analizdən və sentrifuqadan sonra sperm mövcudluğuna görə araşdırılması ilə diaqnoz edilir.,

Lüteinizəedici hormonların və follikulstimullaşdırıcı hormonların aşağı səviyyələri, aşağı və ya normal testosteron göstəriciləri ilə birlikdə pretestikulyar problemlərə işarə edir. Yüksək gonadotropin səviyyələri isə testis problemlərini göstərir. Lakin çox zaman bu fərqləndirmə aydın olmur və obstruktiv azospermiya ilə qeyri-obstruktiv azospermiya arasında fərqin müəyyənləşdirilməsi üçün testis biopsiyası tələb olunur. Digər tərəfdən, normal eyakulyat həcminə malik azospermiya xəstələrində serum follikulstimullaşdırıcı hormonlarının normal diapazonun iki qatından çox olması funksional spermatogenezi göstərir. Bu hal baş verdikdə testis biopsiyası adətən tələb olunmur. Bundan əlavə, ekstremal yüksək follikulstimullaşdırıcı hormon səviyyələri (> 45 IU/ml) testisin mikrodisseksiya yolu ilə uğurlu sperma çıxarılması ilə əlaqələndirilməlidir.

Serum İnhibin-B səviyyələri testisdə spermanın mövcudluğunu zəif şəkildə göstərə bilər və testis toxumasından spermanın çıxarılması uğurlu mayalanma üçün əsas dəyərləndirmədir. 2016-cı ildə Kanada, Mount Sinai Hospital-da azospermiya növləri və alt tiplərinin fərqləndirilməsi, həmçinin testisdən sperma çıxarılmasının proqnozlaşdırılması üçün TEX101 və ECM1 adlı seminal plazma zülalları təklif edilmiş və onların klinik sınaqları başlanılmışdır.

Tövsiyə edilir ki, kişilərdə ilkin hipopituitarizm genetik dəyərləndirmələrlə araşdırılsın, azospermiya və testis funksiyasızlığı olan kişilər karyotip və Y-mikrodelesiya müayinəsindən keçsinlər.

Müalicəsi Testikulyar azospermiyanın daimi olduğu hallarda ön və posttestikulyar azospermiya diaqnozu düzgün hesab olunur. Azospermiyanın səbəbinin araşdırılmalısı vəziyyəti birbaşa idarə etmək üçün müxtəlif imkanlar yaradır. Məsələn, hiperprolaktinemiya səbəbli azospermiya olan kişilər müalicə sonrası sperma istehsalını bərpa edə bilirlər. Ekzogen androgenlər səbəbli sperma istehsalı basqılanan kişilərin androgen qəbulunu dayandırdıqdan sonra sperma istehsal etməsi gözlənilir. Normal, lakin stimullaşdırılmayan xayalarda gonadotropin terapiyasının sperma istehsalını təşviq edəcəyi proqnozlaşdırılır. Son illərdə bu sahənin əsas nailiyyətlərindən biri ICSI (İntrasitoplazmik Sperma İnjeksiya) ekstrakorporal mayalanmanın tətbiqi olmuşdur. Bu metod, yetişməmiş spermatozoidlər və ya birbaşa xaya toxumasından əldə olunan spermatozoidlər ilə belə uğurlu mayalanma imkanlarını təmin edir. Hər iki metod, sperma materialı çıxarmaq mümkün olduğu halda, testikulyar azospermiyadan əziyyət çəkən kişilərin valideyn olmasını mümkün edir. Qeyri-mozaik Klinefelter sindromundan əziyyət çəkən kişilər də müalicə nəticəsində uşaq sahibi ola bilirlər. Azospermiya ilə kriptorxizm kimi hallarda da hamiləlik əldə olunmuşdur və testis toxumasından sperma çıxarılmasını nəzərdə tutan TESE (Testikulyar Ekstraksiya ilə sperma əldə edilməsi) uğurlu nəticə vermişdir. Erkən eyakulyasiya problemlərinin həllərində də dərmanlar yaxşı nəticələr əldə etməyə kömək edir.

İstinadlar

Keçidlər "Лечение азооспермии"

Kateqoriya:Sperma Kateqoriya:Çoxalma Kateqoriya:Proses