Xocahan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 9 noyabr 2020-ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Toponimikası Xocahan kəndi Həkəri çayının sahilindədir. Oykonim xoca (orta əsrlərdə ticarətlə məşğul olan tacir, habelə məşhur din xadimləri xoca adlanırdı) sözündən və -an (məkan və cəmlik bildirir) şək.-sindən (h iki a səsinin arasına əlavə edilmişdir) ibarət olub "xocalar; xocaların məskunlaşdığı yer" mənasındadır. Yerli əhalinin məlumatına görə, kənd tarixən ticarət yeri olmuşdur. Oykonim Xocaxan variantında daqeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri