Əhməd Davudoğlu (türkcə: Ahmet Davutoğlu, ) — Tanınmış Türkiyə siyasi alimi, akademik və səfir. Sabiq xarici işlər naziri, köhnə Baş nazir Vəkili, Türkiyə Respublikasının Sabiq baş naziri.
Həyatı Boğaziçi Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Siyasət Elmi və İqtisadiyyat fakültələrindən məzunu olmusdur. Boğaziçi Universiteti Kamu Yönetimi bölməsində yüksək lisenziya, Siyasət Elmi və Beynəlxalq Əlaqələr fakültəsində də doktorluq dissertasiyasını müdafiə etmişdir. Malayziya Beynəlxalq Islam Universitetində işə başlamışdür və universitetin siyasət elmi bölməsini qurmuş və başçılıq etmişdir. Dosentlik diplomunu almış və Mərmərə Universiteti Beynəlxalq Əlaqələr fakültəsində müəllim olmuşdur. Silahlı qüvvələr və Hərbi akademiyada dərs demişdir. Baş nazirin Baş müşaviri və səfir vəzifəsinə təyin edilmişdir.
Professor olaraq Beykent Universitetində Beynəlxalq Əlaqələr Bölümü Başçılığı ilə bərabər eyni zamanda Marmara Universitetində dərs demişdir. Xarici siyasət mövzusunda çox sayda əsəri var. 60-cı Hökumətdə Xarici İşlər Naziri olmuşdur. 61-ci Hökumətdə yenidən eyni vəzifəyə təyin olunmuşdur.
Şəxsi həyatı Əhməd Davudoğlu, 1984-cü ildən bəri Sare Davudoğlu ilə evlidir. Səfurə, Məmnunə, Mehmet, Həcər Bükə adlarında 4 uşağı vardır. 12 iyun 2011-ci ildə edilən ümumi seçkilər nəticəsində Konya 24-cü Dairəsindən AKP-dən Millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmişdir. İngilis, Ərəb və Alman dillərini bilən Davudoğlu, eyni zamanda bir çox akademik əsəri olan bir alimdir.
İstinadlar
Xarici keçidlər
Türkiyə Respublikası baş nazirliyi rəsmi internet saytı
Kateqoriya:Konyada doğulanlar Kateqoriya:Türkiyə baş nazirləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:Gələcək Partiyasının üzvləri Kateqoriya:Türkiyənin xarici işlər nazirləri Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə professorları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri Kateqoriya:Mərmərə Universitetinin müəllimləri