Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd.
Etimologiyası Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır.Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк Əsl adı "Kürd Mafruzlu" olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Tarixi Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Coğrafiyası və iqlimi Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir.
Əhalisi 14 may–17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd–Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd–Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
Qalereya
Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 455.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri