II Vinçenzo Qonzaqa (; ) — VII Mantuya hersoqu.
1594-cü ildə dünyaya gəldi. Atası Mantuya hersoqu I Vinçenzo Qonzaqa, anası isə Böyük Toskana hersoqu I Françeskonun qızı Elyanora Mediçidir. 1615-ci ildə qardaşı Ferdinandın dini vəzifələrindən imtina etməsinin ardından onun xələfi olaraq təyin edildi. Ancaq təyinatıyla bağlı heç vaxt Romaya getmədi. 1616-cı ildə uzaq qohumu olan İzabella Qonzaqa ilə evləndi və bu səbəblə papa tərəfindən kardinal ünvanı geri alındı.
Qardaşı Ferdinand Qonzaqanın vəfatının ardından taxta çıxdı. 8 fevral 1627-ci ildə tacqoyma mərasimi keçirildi. Nigahdan kənar bir neçə övladı doğulsa da, öz xanımından bir varisi yox idi. Bu səbəblə yenidən evlənməsi üçün təzyiq göstərildi ancaq papa ona boşanma haqqı vermədi.
Bu səbəblə, hersoqun kişi şəcərəsindən ən yaxın qohumu olan Karl Qonzaqa yeni varis seçildi. Hersoqun mərhum qardaşı IV Françeskonun həyatdakı yeganə övladı olan Mariyanın Karl Qonzaqanın oğluyla evlənməsi isə 2 ailə arasındakı qohumluq əlaqəsini gücləndirdi. 25 dekabr 1627-ci ildə baş tutan cütlüyün toy mərasimi günü II Vinçenzo vəfat etdi.
Mənbə
İstinadlar
Kateqoriya:İtaliya kardinalları Kateqoriya:Qonzaqa sülaləsi