Yekaterina Mediçi (; ) — Mantuya hersoginası.
1593-cü ildə Florensiyada dünyaya gəldi. Atası Böyük Toskana hersoqu I Ferdinand Mediçi, anası isə Fransa kralı II Henrinin nəvəsi Lorreynli Kristinadır. 16 fevral 1617-ci ildə Mantuya hersoqu Ferdinand Qonzaqa ilə evləndi. Ancaq cütlüyün övladı olmadı.
1626-cı ildə dul qaldı və Toskanaya geri döndü. Ertəsi il qardaşı oğlu II Ferdinand tərəfindən Siena hakimi təyin edildi. Ancaq cəmi 2 il sonra çiçək xəstəliyi səbəbilə vəfat etdi.
Mənbə
İstinadlar
Kateqoriya:San-Lorenso bazilikasında dəfn edilənlər