() — aləminin tipinin sinfinə aid heyvan dəstəsi.
Əvvəllər panqolinlərin bədən quruluşlarına görə qarışqayeyənlər, armadillər və ərincəklər ilə qohum olduqları düşünülsə də, müasir molekulyar araşdırmalar panqolinlərin ətyeyən heyvanlar ilə (şir, ayı, canavar və s.) daha yaxın qohum olduğunu göstərdihttps://evrimagaci.org - Pangolin Nedir?İstifadə tarixi:06.05.2025.
Oyuq kimi yerlərdəyaşayan panqolinlər, adətən tək gəzir və sadəcə cütləşmək üçün başqa bir panqolin axtarırlar. Panqolin ilk bir dəfə 1-3 arası bala doğurhttps://www.ifaw.org/journal - Pangolins.İstifadə tarixi:28.04.2025.
Yayılması Panqolinlər çəmənlik, savanna, yağış meşələri kimi olduqca fərqli yaşayış şəraitlərinə uyğunlaşa bilər. Bir neçə yarlmnövə bölünən panqolinlər Afrikada (Sahara səhrasından cənubda), cənub, cənub-şərqi Asiyada (Çin, Sunda, Hindistan və Filippin) yaşayır.
Növləri Afrikada 4 panqolin növü yayılıb: nəhəng panqolin, qaraqarınlı pandolin, ağqarınlı panqolin və Temmiksin panqolini (yumru panqolin)https://africanpangolin.org - The four African pangolin species.İstifadə tarixi:27.04.2025.
Bədən quruluşu Panqolinin bədəninin üst tərəfi sərt keratin pulcuqlar ilə əhatə olunub. Quyruğu isə tamamilə pulcuqlar ilə əhatə olunub. Bu pulcuqlar müdafiə məqsədli olub, pandolini ovçulardan qoruyur. Panqolin hər hansı bir təhlükə hiss etdikdə top formasını alır və keratin pulcuqları onu qoruyur. Pulcuqsuz olan qarın hissəi və ayaqlarının iç tərəfləri pulcuqsuz və qıllıdır. Pulcuklu hissələrində isə qıl yoxdur. Pulcuqlar panqolinin bədən ağırlığının təqribi 20%-i təşkil edirhttps://bilimteknik.tubitak.gov.tr - Pullu Memeli Hayvan İstifadə tarixi:14.05.2025.
Başı uzunsovdur, körpücük sümüyü yoxdur. Ətrafları qazmaq üçün uyğunlaşıb. Qabaq və arxa ayaqlarında 5 barmaq və barmaqlarında uzun dırnaqlar var. Bu dırnaqlar torpağı qazmağa, həşərat yuvalarını dağıtmağa xidmət yarayır.
Pandqolinlərin görmə qabiliyyəti olduqca zəif inkişaf edib.Gözləri balacadır və sərt göz qapaqları ilə əhatə olunub. Bu quruluş panqolinin gözlərini qidalanan zaman həşərat hücumlarından qoruyurhttps://www.twinkl.com.tr - Pangolin.İstifadə tarixi:28.04.2025. Panqolinlər ovlarını iybilmə və eşitmə ilə tapır. Geniş qulaqlara asahib olmamasına baxmyaraq eşitmə qabiliyyəti olduqca yaxşı inkişaf edibhttps://www.awf.org - What is a pangolin? İstifadə tarixi:15.06.2025.
Qidalanması Panqolin gecə ovlanan yırtıcı heyvandır. Qarışqayeyənlər kimi uzun və yapışqan dillərindən istifadə edərək qarışqa və bənzər həşaratlar, yumurta, pup və s. ilə qidalanırhttps://www.barnievet.com.tr - Pangolin nasıl bir hayvan?İstifadə tarixi:28.04.2025. Dişləri yoxdur. Panqolinlər qidalanan zaman həşəratlardan qorunmaq üçün qulaq və burun dəliklərini bağlayırhttps://kids.nationalgeographic.com - Pangolin.İstifadə tarixi:28.04.2025. Panqolinlər həşərat və cücü sayının tənzimlənməsindən önəmli rola sahibdir.
Etimologiya Malay dilindən tərcümədə panqolin "diyirlənən" deməkdirhttps://www.wwf.org.uk - Top 5 facts about Pangolins.İstifadə tarixi:28.04.2025.
İnanclarda yeri Afrikada panqolinin yaxşı şans və yağış gətirdiyinə inanılırhttps://africanpangolin.org - Pangolinİstifadə tarixi:27.04.2025.
Sayı Panqolinlər Çin mətbəxindən və ənənəvi Çin təbabətində istifadə olunur. Pulcuqlar pulcuqların və ətlərinə görə də tez-tez ovlandıqlarında sayları kəskin formada azalır və bu səbəbdən Beynəlxalq Təbiəti Mühafizə Birliyi panqolini qırmızı siyahıya daxil edibhttps://pangolincrisisfund.org - Pangolin.İstifadə tarixi:28.04.2025/. Bu məsələyə diqqət çəkmək üçün hər il fevraı ayınıb 3-cü şənbə günü Dünya Panqolin Günü kimi qeyd olunurhttps://www.ifaw.org/international - World pangolin day 2025: saving the world’s most trafficked mammal.İstifadə tarixi:28.04.2025.
2016-cı ildə 180 hökumət birlikdə razılığa gələrək elan ediblər ki, bu ölkələrdə panqolin ovu qadağan edilir və panqolinlərin qorunmasına dövlət səviyyəsində diqqət artırılacaq https://www.worldwildlife.org - What is a pangolin? İstifadə tarixi:06.05.2025.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya məməliləri