Elmira Mirzəyeva (; doğ. 2 noyabr 1981, Moskva, Rusiya SFSR, SSRİ) — əvvəllər Rusiyanı, 4 aprel 2024-cü ildən bu yana isə İngiltərəni təmsil edən şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2002). İdman jurnalisti, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin şahmat şərhçisi.
Həyatı
Erkən illəri Elmira Mirzəyeva 1981-ci il noyabrın 2-də Moskva şəhərində azərbaycanlı ailəsində anadan olub. Əslən Gəncəlidir. Elmiranın özündən böyük Gülnarə adında bacısı və özündən kiçik Nizami adında qardaşı var. Qardaşı şair Nizami Gəncəvinin şərəfinə adlandırılıb.
Şahmat 1995-ci ildə məktəbli qızlar arasında mütləq Moskva çempionu olub. 1996-cı ildə o, Kaluqa şəhərində keçirimiş Rusiya birinciliyinin finalında 16 yaşa qədər qızlar arasında Rusiya çempionu adını qazanıb. 1996-cı ilin oktyabr-noyabr aylarında İspaniyada keçirilmiş yeniyetmələrin dünya birinciliyində Rusiya yığmasının heyətində çıxış edib. 1998-ci ildə qadınlar arasında blits üzrə Moskva çempionu, bir il sonra isə qadınlar arasında blits üzrə Rusiya Kubokunun sahibi olub.
2008-ci ildə şahmat üzrə jurnalistlər arasında qeyri-rəsmi dünya çempionatının qalibi olub.
2011, 2012, 2013 və 2014-cü illərdə "Moskva open" beynəlxalq şahmat festivalının mükafatçısı olmuşdur.
2024-cü ildə İngiltərə Açıq çempionatının qalibi olub.
2025-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qadınlardan ibarət İngiltərə yığmasının heyətində dördüncü lövhədə çıxış edib.
Jurnalistika 2003–2004-cü illərdə "7TV" telekanalının xüsusi müxbiri işləyib. 2004–2006-cı illərdə "Sport" kanalının müxbiri və şahmat şərhçisi olmuşdur. 2005–2006-cı illərdə "Sport" telekanalında yayımlanmış "Alp dağlarında şahmat" və "Şah və ya mat" proqramlarının müəllifi və aparıcısı olmuşdur. 2006-cı il Turin Qış Olimpiya Oyunlarında "Sport" telekanalının xüsusi müxbiri kimi çalışıb. 2008-ci ildən 2010-cu ilə kimi "NTV+Sport" və "NTV+Futbol" kanallarında "Xəbərlər" informasiya proqramının apacısı işləyib. 2006-cı ildən günümüzədək "Mayak", "Vesti Ef Em" və "Rusiya Radiosu"nda informasiya proqramının aparıcısı və şahmat şərhçisi işləyir.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Elmira Mirzoeva . Chessgames.com Elmira Mirzoeva. 365Chess.com Rusiya Şahmat Federasiyasının saytında bioqrafiyası
Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:İngiltərə azərbaycanlıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri