– Yaponiyanın Hokkaydo prefekturasının Matsumae şəhərində yerləşən qəsr. Yaponiyanın ən şimalda yerləşən qəsridir. Hokkaydoda yerləşən yeganə ənənəvi Edo üslubunda tikilmiş qəsr olan Matsumae qəsri eyniadlı klana məxsus olmuşdur.

Tarix Qəsr ilk öncə 1606-cı ildə Matsumae Yoşihiro tərəfindən Tokuqava şoqunatının klanından bölgəni qorumaq (xüsusilə şimaldan Aynu barbarlarından) tələbindən sonra tikdirmişdir. 1637-ci ildə yanğına məruz qalıb, 1639-cu ildə yenidən tikilib. Bir zamanlar Hokkaydodan bütün Yaponiyaya keçid bu qəsrdən nəzarət edilirdi.

1854-cü ilə aid edilən hazırkı qəsr kompleksi xarici dəniz təhlükələrinin qarşısını almaq məqsədilə tikilmişdir. 1868-ci ildə Meyci islahatından sonra qəsrin ancaq 30 metr hündürlüyündəki tenşusu (əsas qüllə) və gözətçi butkası salamat qalıb. Lakin tenşu da 1949-cu ildə yanğına məruz qalıb və 1960-cı ildə qəsrin təqlidi tikilib.

Hazırda bütün qəsr ərazisi ictimai park kimi istifadə olunur.

Həmçinin bax Qoryokaku

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Hokkaydo qəsrləri Kateqoriya:Matsumae klanı Kateqoriya:Yaponiyanın 100 məşhur qəsri Kateqoriya:Yaponiya parkları