Hüqo de Vries (; ) — Hollandiyalı botanik.
Həyatı 16 fevral 1848-ci ildə Harlem də dünyaya gəlib. 1866-cı ildə Leiden Universitetində başladığı təhsilini 1870-ci ildən sonra Almaniyada Heydelberq və Vürzburq Universitetlərində davam etdirdi. 1871-ci ildə Amsterdamdakı bir liseydə təbiət elmlərini tədris etməyi üzərinə götürsə də, araşdırmalarına az zaman qaldığından bu vəzifədən 1875-ci ildə ayrıldı. Sonra Prusya Təsərüfat Nazirliyində iki il çalışmışdır. Bundan Halle Universitetində təhsil vərməyə başladı. Bir neçə ay sonra Amsterdam Universitetinə keçərək həmin il Hollandiyada ilk dəfə bitki fiziologiyası dərslərini verməyə başladı və 1878-ci ildə professor elmi adını aldı. 1896-cı ildə bitki fiziologiyası dərslərini başqa bir həmkarına buraxdı və botanik professoru ünvanı ilə təkamül və genetika mövzularına istiqamətləndi. 1918-ci ildə yaş həddi səbəbi ilə təqaüdə çıxmışdır. 1935-ci il 21 may tarixində Amsterdam yaxınlığında yerləşən Lunteren qəsəbəsində vəfat etdi.
İstinadlar
Əsərləri Intracellulare Pangenesis, 1889, (Hücrələr Arası Pangenesis) Die Mutationstheorie, 2. cilt, 1901–1903, (Dəyişinim Qaydası) Species and Varie-ties, 1905, (Növlər və Cinslər)
Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Niderland botanikləri Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Genetika tarixi Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri