270px|thumb|İvan Pıryev, 1947 İvan Aleksandroviç Pıryev (; 17 noyabr 1901 — 7 fevral 1968) — rus sovet rejissoru, ssenarist və aktyoruИрина Гращенкова, Пырьев Иван Александрович, Кинобраз. Accessed 18 July 2008.. SSRİ Kinematoqrafçılar İttifaqının banisi və ilk sədri. SSRİ xalq artisti (1948). Altıqat Stalin mükafatı laureatı (1941, 1942, 1943, 1946, 1948, 1951). 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü.
Həyatı İvan Pıryev 1901-ci ildə indiki Altay diyarının Kamen kəndində anadan olmuşdur. 1904-cü ildə atası davada həlak olmuş, İvan babasının himayəsində qalmışdır. 1915-ci ildə Pıryev kəndin digər gəncələri ilə birgə müharibəyə yollanır. Döyüşlərdə iki dəfə yaralanır, göstərdiyi igidliklərə görə 3-cü və 4-cü Georgi ordeni ilə təltif olunur. 1918-ci ilin mayında tif xəstəliyində tutulur. Daha sonra Qızıl Ordu sıralarına yazılır. 1921-ci ildən Proletkultun Fəhlə teatrında aktyor kimi fəaliyyətə başlayır, tamaşalarda Sergey Eyzenşteyn ("Meksikalılar") və Vsevolod Meyerhold ("Meşə"). 1923-cü ildə QEKTAMES-in aktyorluq bölməsini bitirmişdir. 1925-ci ildən kinoda fəaliyyət göstərməyə başlamışdır. Pıryev bu illərdə müxtəlif kinostudiyalarda (Qoskino, Proletkino, Soyuzkino) işləyirdi. 1936-cı ildə Pıryevin "Partiya bileti" adlı filmi SSRİ ekranına çıxdı. İvan Pıryevin "Varlı gəlin" (1938), "Traktorçular" (1939), "Donuzabaxan qız və çoban" (1941), "Müharibədən sonra axşam saat altıda" (1944 ), "Kuban kazakları" (1950) filmləri sovet kinosunun qızıl fonduna daxildir. Böyük Vətən müharibəsi illərində partizan hərəkatı haqqında film yaradan ilk rejissorlardandır. ("Raykom katibi", 1942). 1957-1965-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqının sədri, SSRİ Ali Sovetinin deputatı olmuşdur. Fyodor Dostoyevskinin əsərləri üzrə "İdiot" (1958), "Bəyaz gecələr" (1960), "Karamazov qardaşları" (1969) filmlərini çəkmişdir. Bir neçə filmi beynəlxalq kino festivallarında mükafata layiq görülmüşdür. İvan Pıryev 7 fevral 1968-ci ildə Moskvada vəfat etmiş, Novodeviçiya qəbiristanlığında dəfn olunmuşdur. Mükafat və fəxri adları Birinci dərəcəli Stalin mükafatı (1941)— "Traktorçular" (1939) filminə görəТрактористы на 1films.ru ; İkinci dərəcəli Stalin mükafatı (1942) — "Donuzabaxan qız və çoban" (1941) fiıminə görəКадр с письмом из фильма «Свинарка и пастух»; İkinci dərəcəli Stalin mükafatı (1943) — "Raykomun katibi" (1942) filminə görəСекретарь райкома на сайте «Дом Кино»; İkinci dərəcəli Stalin mükafatı (1946) — "Müharibədən sonra axşam saat altıda" (1944) filminə görə; Birinci dərəcəli Stalin mükafatı (1948) — "Sibir torpağı haqqında hekayə" filminə görə; İkinci dərəcəli Stalin mükafatı (1951) — "Kuban kazakları" (1950) filminə görə«Кубанские казаки» в онлайн-кинотеатре «Мосфильма»; Beynəlxalq dünya mükafatı (1952) — "Biz dünya arxasındayıq" (1951) sənədli filminə görə; RSFSR əməkdar incəsənət xadimi (1942); SSRİ xalq artisti (1948); 3-cü və 4-cü dərəcəli Georgi xaçları; 3 dəfə Lenin ordeni (1938, 15.09.1948, ?); 4 dəfə "Qırmızı əmək bayrağı" ordeni (14.04.1944; 1950, 1951, 03.11.1961)Иван Александрович ПЫРЬЕВ * Биография * Фотография; Medallar və bir çox kinofestivallarda mükafatlar.
Filmoqrafiya
Filmin çəkilmə iliFilmin adıŞəkil Filmin orijinal adı Fəaliyyəti1923 Qlumovun gündəliyi Aktyor1928 Qopardılmış qol Ssenarist1929 Yad qadın Rejissor1930 Dövlət çinovniki Rejissor1931 Anlaşılan sonuncu səhv Rejissor, ssenarist1933 Konveyer ölümü 80px|center Rejissor1936 Partiya bileti 80px|center Rejissor1937 Varlı gəlin 80px|center Rejissor1939 Traktorçular 80px|center Rejissor1940 Sevimli qız 80px|center Rejissor1941 Donuzabaxan qız və çoban 80px|center Rejissor1942 Raykom katibi 80px|center Rejissor1944 Müharibədən sonra axşam saat altıda 80px|center Rejissor1947 Sibir torpağı haqqında hekayə 80px|center Rejissor1949 Kuban kazakları 80px|center Rejissor1951 Biz dünya arxasındayıq Rejissor1954 Sədaqət imtahanı 80px|center Rejissor1958 İdiot 80px|center Rejissor, ssenarist1959 Bəyaz gecələr 80px|center Rejissor, ssenarist1962 Bizim ümumi dostumuz Rejissor, ssenarist1964 Uzaq ulduzun işığı 80px|center Rejissor1968 Karamazov qardaşları«Братья Карамазовы» в онлайн-кинотеатре «Мосфильма» 80px|center Rejissor, ssenarist
Xatirəsi Moskvada rejissorun adına küçə verilmişdir
Xarici keçidlər Надгробие И. А. Пырьева Иван Александрович Пырьев Пырьев Иван Александрович Биографии. История жизни великих людей.
İstinadlar
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ rejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İvan Pıryevin filmləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)