Qafqaz zubru () — 1927-ci ilə qədər Baş Qafqaz silsiləsinin şimal-qərb meşəliklərində yayılmış, Avropa zubrunun bir yarımnövü. Düzənlik zubrundan nisbətən ölçülərinin kiçikliyinə görə fərqlənir. Buynuzu əyilmə, tüklərinin daha uzun və tünd olması onlar üçün xarakterikdirЗаповедники СССР. Заповедники Кавказа / Под общ. ред. В. Е. Соколова, Е. Е. Сыроечевского. М.: Мысль, 1990–365, с.: ил., карт. — С. 95–96..
thumb|left|170px|Qafqaz zubrunun skeleti Bu yarımnöv insan tərəfindən tükədilmişdir. Onlar əvvəllər şimal-qərbi İran ərazisinə qədər yayılmışdılarКонстантин Константинович Флёров Систематика и эволюция // Зубр. М., 1979.. XIX əsrin ortalarında ancaq Kuban çayı ətrafə ərazilərdə 2000 baş olaraq qalmışdı. Sayları insa tərəfindən ovlanması səbəbindn azalırdı. Birinci Dünya müharibəsi sonrası cəmi 500 baş zubr qalmışdı. 1927-ci ilin yayında sonuncu zubrun brakonerlər tərəfindən Aloud dağı ətrafında ovlanması qeydə alınmışdır. Bundan sonra bu canlıların axtarışları bir səmərə verməmişdir. Bununlada bir məməli yarımnövü yer üzündən silinmişdir. O zamanlar xarici zooparklardan bu yarımnövə aid heyvanların gətirilməsi mümkün olmadığından ibritləşmə üstün tutulmüşdür. SSRi ərazisində ilk seleksiya işi 1921-ci ildə Boris Fortunatov tərəfindən aparılmışdır. Buradanda 1940-cı ildə bir erkək və dörd dişi Qafqaz qoruğuna buraxılmışdır. onların təbiətə adapdasiyası uğurlu olmuşdur. Zubrların adaptasiya işinə rəhbərlik zootexnikЗаповедники СССР. Заповедники Кавказа / Под общ. ред. В. Е. Соколова, Е. Е. Сыроечевского. М.: Мысль, 1990–365, с.: ил., карт. — С. 99. S.Q.Kalugin rəhbərlik etmişdir. O, bu işə uzun illər sərf etmişdir. 1960-cı illərə qədər belovej-qafqaz zubrlarını qarışdıraraq qorumağa çalışırdılarКалугин С. Г. Восстановление зубра на Северо-Западном Кавказе // Тр. Кавказского гос. запов. Вып. 10. М., 1968.. thumb|left|280px|1898-cildə ovlanmış Qafqaz zubru Hazırda Qafqaz qoruğunda yerli yarımnövlərdən fərqlənməyən zubrlar yaşayır. Onlar aborigen zubrların arealını tutmaq əzmindədir. Onlar artıq yarım əsr ərzində keçilməz dağ ərazilərinə alışmışlar. 1980-ci illərdə Qafqazda onların sayı 1300 başa çatdırılmışdır. Bu isə SSRİ ərazisində olan zubrların 80 % demək idi. Onlar 470–2900 metr arası ərazilərdə yaşayırlar. Hazırda düzənlik meşələrinin yoxa çıxması səbəbindən bu canlıların miqrasiyası məhduddurЗаповедники СССР. Заповедники Кавказа / Под общ. ред. В. Е. Соколова, Е. Е. Сыроечевского. М.: Мысль, 1990–365, с.: ил., карт. — С. 64.. Az qarlı illərdə onlar yaylaq ərazilərində 30–40 km aşağı ərazilərə köç edirlər. 4–8 ildən bir əsasən sərt qış olan illərdə kütləvi qırılma müşahidə edilir. Əgər sərt olmayan illərdə istki 7 % olursa, sərt qış olan illərdə isə bu rəqəm 12–20 % arası dəyişir.
Azərbaycanda vaxtı ilə yaşamış bu canlıların əvvəlki arealının bərpası məqsədi ilə Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilməkdədir"Zubrları təbiətimizə qaytaraq!" . 2020-ci ildə Şahdağ Milli Parkında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və WWF Azərbaycanın birgə həyata keçirdiyi unikal layihə sayəsində Qafqazda zubrların populyasiyası yenidən bərpa olunmağa başlamışdır.
İstinadlar
Mənbə Дикая природа России: Кавказские горы Kateqoriya:Bizonlar Kateqoriya:Yoxa çıxmış növlər Kateqoriya:1500-cü ildən sonra nəsli kəsilmiş onurğalılar Kateqoriya:1500-cü ildən sonra nəsli kəsilmiş məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qafqaz