Analar tammetrajlı televiziya tamaşası rejissor Tofiq Zeynalov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Tofiq Zeynalovnda istehsal edilmişdir. Xaraktercə iki bir-birinə tamamilə zidd olan analar filmin əsas mövzusudur. Əsas rolları Ətayə Əliyeva, Kübra Əliyeva, Bəsti Cəfərova və Ələkbər Hüseynov ifa edirlər.
Məzmun Səmədlə (Ələkbər Hüseynov) Aynur (Bəsti Cəfərova) cütlüyü bir-birilərini sevərək evləniblər. Onların övlad payları bu xoşbəxtliyi ikiqat artırıb. Lakin günlərin bir günü Aynurla bağlı üzə çıxan bir həqiqət bu xoşbəxt ailə ocağının üzərinə su tökür. Məlum olur ki, Aynur kimsəsiz uşaqlar evindən götürülərək anası saydığı Sənəm (Ətayə Əliyeva) tərəfindən böyüdülüb. Bu xəbəri eşidən qayınanası Zərbuta (Kübra Əliyeva) bu evliliyin bitməsi üçün əlindən gələni edir. Bir tərəfdə yad uşağını öz doğma balası kimi böyüdən ana, digər tərəfdən öz doğma oğlunun ailəsini dağıdan ana. Xaraktercə iki bir-birinə tamamilə zidd olan analar filmin əsas mövzusunu təşkil edir.
Filmin üzərində işləyənlər Əsər müəllifi: Əzizə Cəfərzadə Rejissor: Tofiq Zeynalov Operator: Tahir Atakişiyev Rəssam: Vaqif Məmmədov
Rollarda Ətayə Əliyeva — Sənəm Kübra Əliyeva — Zərbuta Bəsti Cəfərova — Aynur Ələkbər Hüseynov — Səməd Məcnun Hacıbəyov — Rəhman Məsumə Rzayeva — Zübeydə Samir Ələsgərov — Yunis
Mənbə Televiziya tamaşalarının Azərbaycan teatr mədəniyyətinin təbliğində rolu...
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1988-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri