Ziya Rəcəbov (d. 14 avqust 1982) — Azərbaycanlı voleybolçu və məşqçi. Məşqçi kimi - 2-ci dərəcəli beynəlxalq məşqçi, voleybolçu kimi - idman ustasına namizəddir. 2015-ci ildən etibarən kişilərdən ibarət Azərbaycan Milli komandasında köməkçi məşqçi vəzifəsini icra edir.
Həyatı Rəcəbov Ziya Gündüz oğlu 14 avqust 1982-ci ildə Ağsu rayonunda anadan olub. 1989-cu ildə Ağsu şəhərində 1 saylı orta məktəbə gedib. 7-ci sinifə kimi bu məktəbdə oxuyub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini Bakının Mikayıl Müşviq adına 18 saylı orta məktəbində davam etdirib. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Oyunları bölməsində təhsil alıb. 2005-2008-ci illərdə hərbi xidmətdə olub. 2008-ci ildə ailə həyatı qurub. İki qızı var.
Voleybolla məktəbdə oxuyarkən, 7-ci sinifdə məşğul olmağa başlayıb. Buna qədər sambo ilə məşğul olub. Bu idman növü üzrə keçirilən müxtəlif turnirlərdə iştirak edərək, respublika çempionu adını da qazanıb. 10-cu sinifdən, tanınmış məşqçi İqor Kutukovun rəhbərliyi altında voleybolla daha ciddi məşğul olub.
Karyerası Klub karyerası Peşəkar voleybolçu karyerasına 2000-ci ildə, birinci liqada çıxış edən "Şimşək" komandasında başlayıb. 2003-2004-cü illərdə yüksək liqada çıxış edən "Loğman" klubunun şərəfini qoruyub. 2004-cü ildə "Metropoliten" klubuna keçib. Əsgərliyini bitirdikdən sonra, 2008-ci ildə "Neftçi" klubunda çıxış etməyə başlayıb. Voleybolçu karyerasını da 2014-cü ildə bu klubda bitirib.
Məşqçi karyerası Məşqçilik karyerasına 2010-cu ildə qadınlardan ibarət "Şirvan" voleybol klubunda başlayıb. Bir il bu klubda 2-ci məşqçi vəzifəsində fəaliyyət göstərib.
2011-2015-ci illərdə "Rabitə" qadın voleybol klubunda köməkçi məşqçiBAK / Rabita Baku , eyni müddət ərzində bu klubun əvəzediciləri sayılan "Telekom" komandasında da eyni vəzifədə çalışıb.
2015-ci ildən etibarən kişilərdən ibarət Azərbaycan Milli komandasında köməkçi məşqçidir.
2015-2016-cı illərdə qadınlardan ibarət "Azəryol" komandasında ilk öncə ikinci məşqçi, daha sonra isə baş məşqçi vəzifələrində çalışıb. Eyni zamanda kişilərdən ibarət Milli yığma komandanın da köməkçi məşqçisi vəzifəsini icra edib.Ziya Rajabov
2017-ci ildə, 4 ay ərzində "Neftçi" kişi voleybol klubunun baş məşqçisi olub.
Statusları
Ziya Rəcəbov 2000-ci ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən idman ustasına namizəd, 2016-cı ildə isə CEV tərəfindən ikinci dərəcəli məşqçi adına layiq görülüb.
Uğurları Voleybolçu kimi "Şimşək" KVK 2000-2001 "Şimşək" KVK, birinci liqanın qalibi 2001 "Şimşək" KVK, "Bahar Kuboku"nda 3-cü yer "Metropoliten" KVK 2004-2005 "Metropoliten" KVK, Respublika çempionatının qalibi "Neftçi" KVK 2008-2009 "Neftçi" KVK, Respublika çempionatının qalibi 2009-2010 "Neftçi" KVK, Respublika çempionatının qalibi 2010-2011 "Neftçi" KVK, Respublika çempionatının qalibi 2011-2012 "Neftçi" KVK, Respublika çempionatının qalibi 2012-2013 "Neftçi" KVK, Respublika çempionatının qalibi 2013-2014 "Neftçi" KVK, Respublika çempionatının qalibi
Məşqçi kimi Milli yığma komanda (kişilər) 2016 - Lüksemburq "Novo Cup" beynəlxalq turnir, 3-cü yer 2017 - İslam Həmrəyliyi Oyunları, 2-ci yer
"Rabitə" QVK 2011 - "Rabitə" QVK, Klublararası dünya çempionatı, 1-ci yer 2012 - "Rabitə" QVK, Klublararası dünya çempionatı, 2-ci yer 2012/13 - "Rabitə" QVK, Çempionlar Liqası, 2-ci yer 2013/14 - "Rabitə" QVK, Çempionlar Liqası, 3-ci yer 2011/12 - "Rabitə" QVK, Respublika çempionatı, 1-ci yer 2012/13 - "Rabitə" QVK, Respublika çempionatı, 1-ci yer 2013/14 - "Rabitə" QVK, Respublika çempionatı, 1-ci yer 2014/15 - "Rabitə" QVK, Respublika çempionatı, 1-ci yer
"Azəryol" QVK 2015/2016 - CEV Kuboku, 3-cü yer "Lokomotiv" QVK 2016/2017 - Respublika çempionatı, 1-ci yer
İstinadlar
Xarici keçidlər Azeryol write history by making CEV Cup semis driven by young, energetic coach