() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Yaponiya və Koreyadır.

Botaniki xarakteristikası Ən iri və soyuğadavamlı maqnoliya növlərindən biridir. Vətənində hündürlüyü 25-30 m-ə, mədəni şəraitdə hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən ağacdır. Təbii şəraitdə çayların ətrafında, bəzən bataqlıq sahələrdə digər yarpağı tökülən ağaclarla birgə bitir. Cavanlıqda çətiri ensiz-piramidal, sonra şarşəkilli olur. Çiçəkləri ağ rəngli, diametri 10 sm-ə qədər, xoş ətirlidir. Yazda yarpaqların açılmasına qədər çiçəkləyir. Tez böyüyür. Yarpaqları enli, yumurtaşəkilli, uzunluğu 10-12 sm, eni 4-6 sm, üst tərəfi parlaq yaşıl, alt tərəfi açıq yaşıl rənglidir. Saplaqların uzunluğu 2,5 sm-dir. Meyvələri qırmızı rəngli, uzunluğu 12 sm-ə qədər, qozaşəkillidir.

Ekologiyası İşıqsevəndir, nəmişli, yaxşı drenajlı torpaq tələb edir. Çox soyuq illərdə çiçək tumurcuqları donur.

Azərbaycanda yayılması Azərbaycanda park və bağlarda rast gəlinir.

İstifadəsi Bu növ şəhərlərin yaşıllaşdırılması, parklarda, bağlarda əkilməsi üçün məsləhət görülür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Yaponiya ağacları Kateqoriya:1817-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Koreya florası Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər