() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Vətəni Şərqi Asiyadır. Formaca tuta, dadına görə isə bir az xurmaya bənzəyən şirin, yeməli meyvələrinə görə yetişdirilir.

Botaniki təsviri Hündürlüyü 6 m-dək olan ikievli, yarpağıtökülən ağacdır. Yarpaqları xırda, açıq sarımtıl-yaşıl rənglidir. Meyvəsinin diametri 2,5-5 sm, yetişdikdən sonra qırmızı və ya tünd qırmızı rəngdə olur, lətli, çox çəyirdəklidir. Toxumları xırda, qəhvəyi rəngdədir. Meyvələri noyabrda yetişir.

Ekologiyası Yarımkölgədə, gilli, qumlu torpaqda və günəşli yerdə bitir.

Azərbaycanda yayılması Dendroloji parkda introduksiya edilmişdir. Abşeronda və Gəncədə mədəni şəraitdə yetişdirilir.

İstifadəsi Üçdişli maklyuran;n sulu meyvəsinin qırmızı lətində və yarpaqlarında ağ şirə vardır. Yaşıllaşdırmada çox istifadə edilir. Bu ağacın oduncağı çox möhkəmdir, gözəl görünüşü vardır, ondan əşyalar, mebel və musiqi alətləri düzəldilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Çin ağacları Kateqoriya:Meyvə ağacları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:Şərqi Asiya florası