Ağasəlim Yaqub oğlu Bağırov () — Azərbaycan dövlət xadimi, Azərbaycanın ticarət naziri (1989–1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1992), iqtisad elmləri namizədi.

Həyatı Ağasəlim Yaqub oğlu Bağırov 1940-cı ildə anadan olmuşdur. İxtisasca əmtəəşünasdır.

Əmək fəaliyyətinə "Qızıl Şərq" mətbəəsində başlamış, Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləmişdir. Sonra 13 il ərzində ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, "Azərittifaq"ın universal topdansatış bazasının direktoru, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə müdiri olmuşdur.

Ağasəlim Bağırov 1985-ci ildə Azərbaycan İstehlak Kooperasiyasının XVI qurultayında "Azərittifaq"ın idarə heyəti sədrinin müavini seçilmişdir. 1988-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsinin ticarət və ictimai iaşə şöbəsinin rəisi vəzifəsində işləmiş, 1989-cu ilin aprel ayında Azərbaycan SSR ticarət naziri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin aprel ayınadək işləmiş, həmin ilin aprel–iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.

İstinadlar

Həmçinin bax Azərbaycan SSR hökuməti (1985–1991) I Azərbaycan hökuməti

Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan SSR ticarət nazirləri