Fərid Xeyrulla oğlu Məhəmmədşin (; d. 22 may 1947) — rus dövlət və siyasi xadimi. Tatarıstan Respublikası Dövlət Şurasının sədri (27 may 1998-ci ildən). Siyasət elmləri doktoru (2001).Мухаметшин, Фарид Хайруллович. Представительные и исполнительные органы власти Республики Татарстан как фактор стабилизации социальных процессов в период реформирования политической системы : автореферат дис. ... кандидата социологических наук : 22.00.04 / Казанский гос. ун-т. — Казань, 1996. — 19 с. Həyatı Fərid Xeyrulla oğlu Məhəmmədşin 22 may 1947-ci ildə Tatarıstanın Əlmət şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1963-cü ildə Əlmətdə benzin istehsal edən zavodda trestində avtonəqliyyat bürosunun sürücüsü kimi başlayıb.

1966—1968-ci illərdə Sovet ordusunda xidmət edib.

1968—1970 illərdə — "Almetyevneft" neft mədənləri idarəsində çilingər işləyib.

1972-ci ildə — Əlmət qaz sənayesi texnikumunu bitirib. Tatarıstan MSSR-də partiya fəaliyyəti 1970—1978 illərdə — komsomol və partiya işlərində çalışıb.

1979-cu ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirib.

1985—1987 illərdə — Almatyev Sov.İKP şəhər komitəsinin (qorkom) ikinci katibi işləyib.

1986-cı ildə - Saratov ali partiya məktəbini bitirib.

1989—1990 illərdə — Tatarıstan MSSR-in ticarət naziri olub.

1990-cı ildə Almatyev Sov.İKP şəhər komitəsinin birinci katibi işləyib.Мухаметшин, Фарид Хайруллович. Федеративные отношения как фактор социально-политического развития республики-субъекта Российской Федерации : автореферат дис. ... доктора политических наук : 23.00.02 / Рос. акад. гос. службы при Президенте РФ. — Москва, 2001. — 50 с. Tatarıstan hökumətində 1990—1991 illərdə — Tatarıstan SSR Nazirlər Sovetinin sədr müavini işləyib.

1995—1998 illərdə — Tatarıstan Respublikasının baş naziri olub.

1998-ci ildən — Tatarıstan Respublikası Dövlət Şurasının sədridir.

1999-cu ildən — Tatarıstan Respublikası Təhlükəsizlik Şurasının sədr müavinidir. Mükafatları 2017 - III dərəcəli "Vətənə xidmət üçün" ordeni 2012 - IV dərəcəli "Vətənə xidmət üçün" ordeni 2005 - "Şərəf" ordeni 1997 - Dostluq ordeni Ailəsi Evlidir. Yetkin oğlu və qızı var. Dörd nəvəsi var. Qızı Liliya həkim işləyir, oğlu Dəmir Kazan şəhərindəki "Tatneft" şirkətinin baş direktor müavinidir.

Xarici keçidlər Биография на сайте Государственного совета Татарстана Биография на сайте info.tatcenter.ru Биография на сайте tatar.ru

İstinadlar

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:"Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası) Kateqoriya:"Dostluq" ordeni kavalerləri (Tatarıstan)