Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı.Пагирев Д. Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
Tarixi 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur.Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.Vəlixanlı N. IX–XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
Toponim Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı)Пагирев Д. Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913., həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil).
İstinadlar
Həmçinin bax İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz
Ədəbiyyat Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
Kateqoriya:Eçmiədzin qəzasının kəndləri