Baybucan – Ermənistanın Sisyan rayonunda dağ adı. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq Tabasaran dairəsində Buçançay, Tiflis quberniyasının Tioneti qəzasında Bucançay, Borçalı qəzasında Bucan-Ər dağı toponimləri ilə mənaca eynidir. Kitabi-Dədə Qorqud eposunda Bay Becan şəxs adı ilə səsləşir. Oronimin bay komponenti toponimlərdə "böyük", varlı mənalarındadır. Naxçıvanda Babəki (əsli Bay- bəki, yəni Bay təpəsi) kənd adı və Bay-Sal dağ adı, Qax rayonunda Axvay (əsli Aq-Bay) dağ adı və s. toponimlərdə bu söz vardır.

Həmçinin bax Zəngəzur qəzası Yelizavetpol quberniyası

Ədəbiyyat Абелов И.А. Экономический быт гос. Крестьян Елизаветпольского уезда Елизаветпольской губернии. Материалы для изучения экономического быта гос. Крестьян Закавказского края. Т. 7. Тифлис, 1987. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.

Kateqoriya:Ermənistan dağları Kateqoriya:Sisian rayonu