Nemanya Matiç (serbcə: Немања Матић; ) İngiltərənin Mançester Yunayted klubunda və Serbiya milli yığmasında forma geyinən serbiyalı müdafiəyə meyilli yarımmüdafiəçidir. O, meydanda öz döyüşkən oyun stili ilə fərqlənən futbolçudur.

Matiç peşəkar futbol karyerasına Kolubara klubunda başlamış, 2007-ci ildə Slovakiyanın Koşitse klubuna transfer olmuşdur. O, 2009-cu ildə 1.5 milyon funt-sterlinq qarşılığında İngiltərənin Çelsi klubuna keçmişdir. 2011-ci ilin yanvarında Portuqaliyanın Benfika klubuna transfer olan Matiç, 2013-cü ildə Portuqaliya çempionatının ən yaxşı futbolçusu adına layiq görülmüşdür. Matiç 2014-cü ilin yanvarında 21 milyon funt-sterlinq qarşılığında yenidən Çelsiyə transfer olmuş, burada da bir sıra mükafatlara layiq görülmüş və 2017-ci ilin iyul ayında keçmiş baş məşqçisi Joze Mourinyonun başçılıq etdiyi Mançester Yunayted klubuna transfer olmuşdur.

2008-ci ildə ilk dəfə Serbiya milli yığmasının heyətində debüt edən Matiç indiyə qədər bu millinin heyətində 30-dan çox oyuna çıxmışdır.

Şəxsi həyatı Matiçin kiçik qardaşı Uroş da peşəkar futbolçudur. O, hazırda Danimarka çempionu olan Kopenhagen klubunda karyerasını davam etdirir. Matiçin babası əslən makedoniyalıdır. Həmçinin, onun anası da Makedoniyanın Volkoviya kəndindəndir.

Uğurları

Klub

Koşitse Slovakiya kuboku: 2008-09

Çelsi Premyer Liqa: 2014-15, 2016-17 FA kuboku: 2009-10 Liqa kuboku: 2014-15

Benfika Portuqaliya çempionatı: 2013-14 Portuqaliya kuboku: 2011-12

Şəxsi Portuqaliya çempionatında ilin ən yaxşı futbolçusu: 2012-13 Serbiyada ilin futbolçusu: 2014, 2015 Portuqaliya çempionatında ayın futbolçusu: Dekabr 2012, Yanvar 2013, Aprel 2013 FİFA Puşkaş mükafatı: 2013 (ikinci yer) İngiltərədə ilin heyəti: 2014-15

Həmçinin bax Mançester Yunayted Çelsi Serbiya milli futbol komandası

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Sassuolo FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Legioner Serbiya futbolçuları Kateqoriya:Renn FK futbolçuları Kateqoriya:Serbiyanın kişi futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Serbiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:Slovakiya Superliqası futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular