416-nın yolu iləHərb Tarixi Muzeyində veteranlarla görüş olmuşdur filmi rejissor Miri Rzayev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film azərbaycanlı əsgərlərin təşkil etdiyi 416-cı Taqanroq diviziyasının yaradılmasının 70 illiyi münasibətilə çəkilmişdir. 416-cı Taqanroq diviziyası İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəmanlıq salnaməsi yazan 8 milli diviziyamızdan biridir. Məhz bu diviziyanın qəhrəmanları 3 min kilometrdən çox məsafəni qət edərək Qafqazdan Berlinə qədər irəliləmişlər. Filmin çəkilişləri Rusiya və Ukraynada aparılmışdır.
Məzmun Film azərbaycanlı əsgərlərin təşkil etdiyi 416-cı Taqanroq diviziyasının yaradılmasının 70 illiyi münasibətilə çəkilmişdir. 416-cı Taqanroq diviziyası İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəmanlıq salnaməsi yazan 8 milli diviziyamızdan biridir. Məhz bu diviziyanın qəhrəmanları 3 min kilometrdən çox məsafəni qət edərək Qafqazdan Berlinə qədər irəliləmişlər.
416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi.
1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verildi.
Filmin üzərində işləyənlər Ssenarist: Amal Alışarlı Rejissor : Miri Rzayev Operator: Cavid Əliyev
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2012-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər