Almaxanım Vüqar qızı Əhmədli və ya səhnə adı ilə Almaxanım () — Azərbaycanlı müğənni, AzTV-nin solisti, Beynəlxalq Muğam Mərkəzinin solisti, VI Muğam Televiziya Müsabiqəsinin qalibi.
Həyatı Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006–2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017-ci ildə Bakı şəhəri M. Ə. Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub.
Almaxanım Əhmədli 2023-cü ildə Fərqlənmə diplomu ilə magistratura təhsil pilləsi üzrə məzun olub.
Fəaliyyəti
Almaxanım Əhmədli 2023-cü il, 24 Oktyabrda ABŞ-nın Kaliforniya ştatında Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir. Almaxanım Əhmədli 2023-cü il, 21 Oktyabrda ABŞ-nın Şimali Koralina ştatında Aziz Sancar adına mədəniyyət mərkəzində Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir. 2023-cü il 29 May Heydər Əliyev Sarayında Az. TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub 2023-cü il 3 mayda Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli "Bayatı- türk" muğam triosu ilə çıxış edib 2022-ci il 26 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində konsert vermişdir 2022-ci il 28–29 mayda Beynəlxalq Muğam Mərkəzində ikinci solo konsertini vermişdir 2021-ci ildə Moskvada konsert proqramında çıxış edib 2019-cu ildə Qüdsdə solo konsert verib 2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib V Respublika Muğam Müsabiqəsi — 1-ci yeri qazanıb 2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir. 2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur. Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq. Azərbaycannın əməkdar artisti, gənc xanəndə, muğam ustası Təyyar Bayramovun tələbəsidir. 2014-cü ilin oktyabr ayının 7-dən televiziya ekranlarında çıxış edir.Almaxanım Əhmədli: — "İlk dəfə ATV telekanalında efirə çıxmağımı heç vaxt unutmayacam" Hal-hazırda Amerikanın 7, Avropanın 4 televiziyasında ifaları yayımlanır. Repertuarında muğam dəstgahları, bəstəkar və xalq mahnıları ilə yanaşı türk, ərəb, fars və ingilis dillərində oxuduğu nəğmələr yer tutur. 2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc" medala layiq görülmüş və diplomla təltif olunmuşdur. 2014-cü ilin iyul ayının 13-də muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görmüşdür.
Diskoqrafiya
Albomlar Tarix Albom 2014 Qarabağ 2020 Azərbaycanım
Sinqllar və Kliplər 2023 Yuxum Çin Olmaz 2023 Sevir Məni 2022 Eşq 2020 Selam Söyleyin 2020 Dünya qapını aç 2021 Unutdum 2016 Sevim sevməyim 2020 Sən olaydın 2020 Selam söyleyin 2021 Aşiqəm
Konsertlər Tarix Məkan 2023 Heydər Əliyev Sarayı 2022 Beynəlxalq Muğam Mərkəzihttps://www.mustaqil.az/?p=92824 2022 Beynəlxalq Muğam Mərkəzi 2017 Beynəlxalq Muğam Mərkəzi 2018 Düşənbə 2019 Qüds 2021 Moskvahttps://medeniyyettv.az/az/news/2364/moskvada-susanin-daglari-basi-dumanli-adli-mugam-gecesi-teskil-olunub
İstinadlar
Mənbə Almaxanım Əhmədli
Xarici keçidlər
Kateqoriya:Muğam Televiziya Müsabiqəsinin qalibləri Kateqoriya:Xanəndələr Kateqoriya:Azərbaycanın qadın pop müğənniləri